Radikalların toplaşdığı məscidlərə qarşı addımlar atılacaq
Azeri, 13 Mart 2014 04:01Elşad İskəndərov: "Digər qurumlarla birlikdə həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək"
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət evində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan 30-dan çox vətəndaşı qəbul edib.
DQİDK-nın mətbut xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri vətəndaşları narahat edən problemlərlə tanış olub. Qeyd edək ki, vətandaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsi, məscidlərin dini ədəbiyyatla təmin edilməsi və bir sıra digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Bir sıra məsələr yerindəcə həllini tapıb.
Eyni zamanda bütün müraciətlər əsasında Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə və qəbulda iştirak edən struktur rəhbərlərinə aidiyyatı tapşırıqlar verilib.
Belə ki, dini icmaların qeydiyyata alınması ilə bağlı lazım olan sənədlərin toplanmasında və təqdim edilməsində Dövlət Komitəsinin müvafiq şöbəsi vətəndaşlara dəstək verəcək.
Eyni zamanda ibadət evlərinin təmiri və bərpası, o cümlədən yenilərinin tikilməsi istiqamətində də aidiyyatı qurumlara Dövlət komitəsi tərəfindən müraciətlər ediləcəkdir. Regionda dini ədəbiyyat azlıq təşkil edən ibdət evlərinə Dövlət Komitəsinin kitabxanasından ədəbiyyatlar göndəriləcəkdir.
Qəbuldan sonra jurnalistlərin suallarına cavab verən E. İskəndərov bildirib ki, vətəndaşları narahat edən əsas məsələlərdən biri də radikalizm və təkfirçi cərəyanlardır: “Bu istiqamətdə tədbirlərimizi davam etdiririk. Əlbəttə, vətəndaş övladının bu cür cərəyanlara qoşula biləcəyindən narahatdır. Lakin Dövlət Komitəsi olaraq istər maarifləndirici, istərsə də digər qurumlarla birlikdə həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək. Bu cür cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər daxil olurdu. Artıq yerli əhalinin istəyi və Dövlət Komitəsinin dəstəyi ilə adıçəkilən qrupların toplaşdığı iki məsciddə icmaların tərkibi dəyişib, məscidə yeni savadlı imamlar təyin edilib və məscidin idarəçiliyi ənənəvi yerli dindarların ixtiyarındadır. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə problemlər olan digər məscidlərdə də analoji addımlar atılacaqdır. Eyni zamanda vətəndaşlar bu cür məsələləri qaldırmaqla yanaşı Dövlət Komitəsi tərəfindən radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək nümayiş edirdilər”.
Azeri, 13 Mart 2014 04:01
Yorumlar (0)
Kalan karakter : 450
Gönderilen yorumların küfür, hakaret ve suç unsuru içermemesi gerektiğini okurlarımıza önemle hatırlatırız!