Özgündüz-Fərqliliyimiz gözəlliyimizdir
Azeri, 05 Ekim 2013 03:18Halkalı Zeynəbiyyə məscidində qılınan Cümə namazında minlərlə insana səslənən Türkiyə Caferiləri lideri Səlahəddin Özgündüz birlik və bərabərlik şüarlarını dilə gətirdi.
Eskibağlar Beyazıt məscidinin mollası Ömər Kurt və bərabərindəki heyyəti salamlayaraq nitqinə başlayan Özgündüz-Ləiləhəilallah,Muhəmməd Rasulullah deyən hər kəsin qardaş olduğunu,qonşuluq əlaqələrinin daha şox inkişaf etdirilməsi gərəkdiyini vurğuladı:”Məzhəb imamları,İmam Cəfər-i Sadık (as.)məktəbində yetişmiş İslam fakihləridir,bu səbəblə biz biribirimizə başqası deyilik.Fərqliyik,bir çox fərqliliklərimiz var,ancaq günəş çıxanda ulduzların fərqlilikləri necə yox olursa,bizim fərqliliklərimiz də eynidir.Kəlimey-i Şəhadət altındakı fərqliliklər ixdilaf və tənazü deyil,fərqlilikdir və fərqliliklərimiz gözəlliyimizdir.Fərqlilik gözəllikdir,fərqlilik olsun ki,danışacaq mövzumuz olsun,amma biri birimizə təzyiq göstərmədən.”-dedi.
Təkfirçilər İngilis agentləridir
Özgündüz:”Digər məsələ,nəticədə,hörmətli Diyanət İşləri sədrimizin,həm baş nazirimizin,Əl-Qaidə adıyla belli etmələri yaxşı bir işarədir,fikrimcə.Fəqət Əl-Qaidə bir fikirin əldə etdiyi nəticədir.Səbəb-Əl-Qaidəyi,Əl-Nusrayı törədən şey ,o Sələfi,Vahabi,şərbaz anlayışdır.
Əsas olaraq müsəlmanların bu anlayışa qarşı olmaları gərəkir.Necə ki,bizdə Əhli-sünnətin müqəddəsatına söymək üçün təşkil edilmiş cəsus qruplar var,Əhli-sünnətə söysünlər də onları təhrik etsinlər.Eyni şəkildə Sünnü içərisində də Vahabi,Sələfi təhqirçi qrup yaradılmışdır.Onlar da özlərindən olmayanları təhqir və təkfir edərlər.
Siz Əbu-Əyyubun ziyarətinə getdiniz mi?Əssəlamu ələykə dediniz mi,müşrik olursunuz.Peyğəmbərin ziyarətinə gedən belə ölüdür,ölü Məhəmmədin əlimdəki çəlik qədər xeyri yoxdur-deyən belə bir anlayışdır bu.Peyğəmbər məzarını,şühəda məzarını ziyarət və təvəssül etdikləri,”Allahım bu şəhidin üzü suyu hörmətinə mənim günahımı bağışla” və ya “Bu vəlinin üzü suyu hörmətinə oğluma şəfa ver.”deyərsən,müşrik olarsan –deyir bu anlayış.
Tutaq ki,müşrik oldum,nə olacaq? Quran deyir ki,müşriklər də səninlə sülh içində yaşayırsa,sən də barış onlarla.Amma bunlar deyir ki,yox,qətlin vacibdir,hətta dölünə qədər,uşağına qədər,qətlin vacibdir.Ona görə də uşaqların üzərinə bomba ata bilirlər,qadın və uşaqları öldürürlər.Hər rəzaləti,millətin namusunu,malını,canını halal sayırlar.Kürtlər- sünnüdür,ancaq Rojavada Kürtləri də öldürürlər,çünki onlar da müşrikdir.Belə sapqın,əyri bir anlayışdır bu.
İngilislər bunu,Osmanlının bütünlüyünü pozmaq üçün, Osmanlının şəxsində İslamın bütünlüyünü pozmaq üçün, Məhəmməd Abdul Vahhab vasitəsi ilə təşkil etdilər.İslama qarşı,Osmanlıya qarşı istifadə etdilər.Bu gün də İslam birliyinə və İslamın dünyada,Avropada,Amerikada,şərqdə,qərbdə inkişaf etdiyini,gün keçdikcə digər dinlərdən İslama təvəccüh olduğunu görüncə,indi də imperiyalistlər onları bu şəkildə İslamın çöhrəsini,imicini pozmaq üçün yenə də istifadə edirlər.
Təkfirçi anlayışı lə'nətləyin
Müsəlmanlar hamılıqla bu anlayışa qarşı olmalıdır.Müsəlmanların özü kimi düşünməyən digər seqmentlərə kafir deyirsə,bilin ki,o,onlardandır.Təkfirçi anlayışı lə”nətləyin və özünüzdən uzaqlaşdırın,Şiyədən də olsa,Sünnüdən də.
Həm baş nazirin,həm də Diyanət işləri sədrinin Əl-Qaidəyi pisləmələri vacib bir addım,fəqət o Vahabi düşüncənin ifşa edilib xalqa ərz edilməsi gərəklidir.Bizim kimi etmək lazımdır.Mən necə deyirəm,Şiyənin də Sünnü müqəddəsata söyənləri bizdən deyil,İngilis cəsusudur,Müsəlmanların arasına fitmə qarışdırmaq üçün vəzifələndirilmişdir,sən də bunu deməlisən.Cəsusun Şiyəsi Sünnüsü yoxdur,bunu istəyən imperiyalizmin nökəridir.Bu nöqteyi-nəzərdən baxacaqsınız.
Ləiləhəilallah,Məhəmməd Rasulullah deyən bir seqmentə,bir Sünnü məzhəbə kafir deyən bir Şiyə müştehidi var mı,yoxdur.Yaxşı,12 imamdan birisi belə bir şey demişmi,yox.Elə isə kim bunu edərsə,bilin ki ,İngilisə,Amerikaya,İsrailə xidmət edir.Kimsənin müqəddəsatına söyməyəcəksən.
Qur’an nəinki Müsəlman qardaşının müqəddəsatına,müşriklərin bütlərinə belə söyməyi yasaqlayır.Siz biri birinizlə oturaraq danışarsınız,amma söyməyə haqqınız yoxdur.İnsan olun,adam olun –bunu deyir:-dedi.
Anlayış qarışıqlığı yaratmayın
Keçən həftə TRT Türk kanalındakı bir verilişdə Əhli-beyt mövzusunun danışıldığı və anlayış qarışıqlığı yaradıldığını bildirən Özgündüz,şəxsi bir kanalda deyil də,TRT-də bunun baş verməsi nin mə”nalı olduğunu söylədi.”Keçən həftə şəxsi kanallarda olsa dərt yarı,TRT-də birisi çıxıb:”Bunun tərsini deyən varmı,sizin ev əhliniz qaynatanız,qaynınız sizin ev əhliniz deyil mi,bunun tərsini deyən cahillik edər,Əhli-beyt demək..”-genişlətdikcə genişlətmiş.
Səhabənin səhabə mövqeyi vardır,öz yerində,Allah, Rəsuluna ürəkdən inanmış,əqidəsinə sadiq qalmış bütün yarənlərinə, əshabına rəhmətini,salamını,bərəkətini göndərsin.O Səhabəlik mövqeyi,başqa bir mövqedir.
Peyğəmbərin xanımları,mö”minlərin anasıdır.Peyğəmbərimiz 14 evlənmə gerçəkləşdirmiş,bir yerdə 9-dan artıq olmamışdır,amma 14 dəfə evlənmişdir.Bu mövzuda hansı xanımına söyə bilərik?Allaha sığınırıq,əgər Rəsulun namusu olduğunu bilə-bilə edər isəniz kafir olarsınız.Sənin həyat yoldaşın pis olsa belə,birisi söyərsə razı olarsanmı? Peyğəmbərin namusuna söymək hansı məntiqə xidmət olar?
Onların hamısının hörməti vacibdir ki,Əli(as.)Cəməldə elə davrandı.Özünə qarşı müharibə edəni belə,hörmətlə Mədinəyə geri göndərdi,hörmətində qüsur etmədi.Analarımıza hörmət edəcəyik.Sevmək könül məsələsidir,mən Xədicə mərtəbəsində heç bir Umm-ul Mömünün görmürəm,Rəsuli-Əkrəm də elə demişdir.Amma bununla mən kafir olmaram,digərləini də peyğəmbər xanımı olaraq görürəm,bu anamızı digərindən üstün saymaq kafirliyə dəlalət etməz.O da onun məsələsi.Danışa bilərik mi,danışarıq,amma söyə bilmərik,belə bir haqqımız yoxdur.
Səhabələrdən hansını hansından üstün tuturuq,hansını daha çox sevirik,bu da bizim mübahisə mövzumuz deyil,olmamalıdır.Amma maraqlanarsa,izah edərsən niyə bunu ondan daha çox sevdiyini,söymədən,təhqir etmədən.
Bizim Əhli-beyt anlayışımız Qur”anidir,Ahzab surəsinin 33-cü ayəsinin bütün təfsirlərinə baxdığımızda,Peyğəmbərimiz əbasının altında toplayıb:”Əhli-beytim sadəcə bunlardır,Allahım bunlardan hər cürə şərri,pisliyi uzaqlaşdır,onları tərtəmiz qıl.”-deyə dua etmiş,bu mövzuda da duası qə”bul olmuş,ayə enmişdir.Dəfələrcə,”Mənim xanədanım bunlardır.”-demişdir.Xanımları o abanın altına girib Əhli-beytə daxil olmaq istəmiş-izin verilməmişdir.Onların bir mərtəbələri -Ümmül mömünin deyə mərtəbələri var,amma xanədan olmaq başqa şeydir.
Osmanlı xanədanından bu qədər padşah qaynatalarının birisinin adını bilən varmı burada,qaynatası kimdi? Xanədan deyil ki,Peyğəmbərimiz digər qızlarını,ya da qızlarından olan nəvələrini də əbanın altına almamışdır.Bu xanədanı təmsil edən,Mübahələyə gedən, O -5 nəfərdir.Hər fürsətdə bu xanədanı təmsil edən bu 5 nəfərdir deyə bildirmişdir-Şiyə mənbələrində də,Sünnü mənbələrində də.
Peyğəmbərimiz kimi deyirsə Əhli-beyt onlardır
Bir evə gəlib-gedən hər kəs ev xalqıdır,bu başqa bir mövzu,amma Rəsulun Əhli-beytindən bəhs ediriksə,Əhli-beytim bunlardır demişdir.Əbayı niyə atdı üstünə,5 nəfəri-Ərəbistanın istisində əbanın altında toplamanın bir mə”nası olması lazımdır.Məhdudlaşdırmaq istədi,siz niyə zorla o əbanın altına başqalarını da daxil edirsiniz? Arvadını Peyğəmbər daxil etmir,siz başqasını israrla qayın,qaynata,bacanağı belə oraya soxmaq istəyərsəniz,olmaz qardaşım.Peyğəmbərin digər qızları da vardı.Birisinin haqqında səhih bir fəzilət gətirəmməzsiniz.Peyğəmbər qızı olmaq bir fəzilət deyilmi,fəzilətdir.Səhabə olmaq bir fəzilət deyilmi,fəzilətdir.Amma Peyğəmbər istismar edilməsin deyə,onlar haqqında bir şey deməmişdir.Fatiməyi fərqli tutmuşdur.Fatimə,Seyyidət-i Nisa-ul Aləmindir.Buyurun-Buxari,buyurun-Müslim,buyurun digər səhih mənbələr.
Amma Fatimə fərqlidir,bütün qadınlardan üstündür.Deyir ki,birisi gəlsin mənə isbatlasın.Nəyi isbat edəcəyəm? Buyur sənin önündə Sahih-i Buxari,Sahih-i Müslim,Sahih-i Sittə,bax görək bu xanədan kimdir.
Sahih-i Müslimdə Saad ibn əbu Vaqqasa,Kadisiyə qəhrəmanı olan səhabəyə soruşun,Peyğəmbərin xanımları da xanədanmıdır,Əhli-beytdənmidir ,xeyr.Qadın bu gün sənin evində olur,sabah boşayarsan gedər atsının evinə.Amma Əhli-beyt bunlardır.
Bir də professor rütbəsi var,olsun bir şey demirəm amma,gəlib mə”naları qarışdırması da gərəkmir.Peyğəmbərə soruşacağıq-səhabə kimdir,kimi deyərsə,başımız üstünə,Əhli-beytin kimdir,kimi deyəsə başımız üstünə.Peyğəmbər təsvir edəcək,hər birimiz özümüzdən bir tə”rif uydurarsaq,demək ki,biz ayırmaq üçün çalışırıq.Peyğəmbərdə ixtilafımız yoxdur çox şükür,Peyğəmbər nə deyərsə başımız üstünə.Əhli-beytim bunlar deyibsə,onlardır,sənə artıq təslimiyət qalar.
Allah birliyimizi,diriliyimizi pozmasın,fitnəçilərə fürsət verməsin,İslam aləmini,millətimizi,ictimaiyyətimizi nadan dost,şeytan düşmənin şərrindən qorusun.Allah Müsəlmanlara tarixlərinə yaraşan,yenidən azad,müstəqil,dünyaya dərs verən,İslamın rəhmətini yayan şüuru,birliyi nəsib etsin.
Azeri, 05 Ekim 2013 03:18
Yorumlar (0)