Hacı İlqar İbrahimoğlu şeyx Səlahəddin Özgündüzə başsağlığı verdi
Azeri, 06 Aralık 2011 03:23Türkiyənin Əhli-beyt (ə) yolçularının liderlərindən olan şeyx Səlahəddin Özgündüzün atası Mehmet Özgündüz 80 yaşında vəfat edib. Dəfn dekabrın 7-də saat 13.00-da keçiriləcəkdir.
Bu münasibətlə İşərişəhər "Cümə" məscidinin dini icması başsağlığı bəyanı qəbul edib. Məscidin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı başsağlığı bəyanında bildirilir: "Şeyx Səlahəddin Özgündüz - Türkiyə Əhli-beyt (ə) davamçılarının, ümumilikdə Türkiyə İslami fikrinin tanınmış və öncül simalarındandır. Onun uzun illərdən bəri apardığı geniş təşkilati-maarifçilik fəaliyyəti nəticəsində Türkiyə toplumunda İslami dəyərlərin institusional təbliği bərqərar olunmuş, İslami fikrin böyük inkişafı yer almışdır.
Şeyx Səlahəddin qardaşımıza dərin itki üz vermişdir. Nurani ağsaqqal atası vəfat etmişdir. Bu ağır dönəmdə şeyx Səlahəddin Özgündüzə dərin hüznlə başsağlığı ərz edir, ona Allahdan səbir və təmkinlik, rəhmətə gedən ağsaqqalımıza Uca Rəbbimizin xüsusi lütfünü diləyirik".
/Deyerler.org/
Azeri, 06 Aralık 2011 03:23
Yorumlar (0)