Kadir Akaras: ?Aşura günü Türkiyənin bütün Əhli-Beyt (ə) yolçuları İstanbulun Halkalı Meydanında yığışırlar?
Azeri, 14 Aralık 2010 20:19Məhərrəm-Səfər əyyamı ölkəmizlə yanaşı bütün dünyada yaşanmaqdadır.
Türkiyədə matəm marəsamləri haqqında Türkiyənin dəyərli İslam alimlərindən Kadir Akaras Deyerler.org-a açıqlamasında bildirmişdir: “Türkiyə Cümhuriyyətində Məhərrəm-Səfər əyyamı daxil olmamışdan hazırlıqlar davam edir. Məscidlərdə, "Hüseyniyyə"lərdə Əhli-Beyt (ə) yolçuları, xüsusilə gənclər bir sıra hazırlıqlar həyata keçirirlər. Türkiyə küçələrinə qara bayraqlar asılır, körpə Ələsğərin beşikləri hazırlanır, növhəxanlarımız mərsiyələrini hazırlayırlar. Məhərrəm ayının 10-da, Aşura günündə isə bu dəstələr öz xidmətlərini ən yüksək şəkildə həyata keçirirlər. Əzadarlıq mərasimlərində moizələr edilir, Kərbəla müsibəti anılır, sinə vurulur. Bütün bu mərasimlərdən sonra Aşura günü isə, Türkiyənin bütün Əhli-Beyt (ə) yolçuları bir məntəqədə, İstanbulun Halkalı Meydanında yığışırlar”.
/Deyerler.org/
Azeri, 14 Aralık 2010 20:19
Yorumlar (0)