İlahiləşən musiqi: Vətən

Azeri, 08 Aralık 2010 03:43

İlahiləşən musiqi: Vətən

Musiqi haqqında dinimizdə fikirlər birmənalı deyil. İlahiləri digər mahnılardan nə fərqləndirir? Ümumiyyətlə, musiqini ilahiləşdirən nədir?

Bu sual lap yerinə düşdü. Məncə də, ilahilər bütün digər mahnılardan fərqli olan , tam İlahi ab-havası olan mahnılardır. Adətən toy şənliklərində, şou-biznesdə eşitdiyimiz mahnılardan aranjmanına, ritmlərinə, hətta karkasına qədər tam fərqli olan musiqilərdir. Çünki, İlahi deyəndə Allah nəzərdə tutulursa, bu musiqi Allahın şəninə uyğun olmalıdır. İlahilərdə Allah, Onun Rəsulu (s.ə.s) və Əhli-Beytindən söhbət gedir. Bildiyimiz kimi, Peyğəmbər (s.ə.s) də, Əhli-Beyt də Allaha bağlı insanlardır və onları vəsf edən mahnılar da gərək İlahi ab-havaya uyğun olsun. Məncə, musiqinin ritmi, tempi nə qədər aşağı olsa, söz insanları bir o qədər çox düşündürər.

Bilirsiniz bəzən möminlər arasında belə bir fikirlər də söylənilir ki, ilahi mahnıların oxunuşunda hətta fonda olsa belə sintezatordan istifadə olunmasın. Məncə bu da yanlış yanaşmadır. Çünki, hətta maşın sürərkən belə, maşının müəyyən bir səsi olur. Fonda sintezatorun olmaması isə həm musiqiçilər, həm də müğənnilər üçün çətinlik törədir, notları olmayan musiqi sanki qarışıqlıq yaradır.
İslam bütün musiqini haram etmir, bu məsələ birmənalıdır. Qoyulmuş müəyən sərhədlər var ki, buna riayət olunmalıdır. Həm dünyada, həm Azərbaycanda müxtəlif musiqi alətlərinin birləşməsi ilə aranjman edilib oxunan ilahi musiqilər var. Əlbəttə, bu musiqilərin içərisində bayağı olanlar da var, mən bunu da bəyənmirəm. Və musiqisi olmayan da ilahi mahnılar var, biz də bunu belə başlamağa qərar verdik. Bu məktəbin banisi dünya şöhrətli kuveytli əhli-beyt məddahı Basim Kərbəlayıdır. Bu şəxs fonda sintezator, xor qrupları, arxa fonda vokallarla zəngin olan xüsusi bir musiqi janrı ortaya qoya bilib.

Niyə gərək qrup yaratmaq qərarına gəldiniz?

İslam alimlərimiz hətta duaları, ayələri musiqi tərzində oxumağı məqsədəuyğun bilmirlər. İlahi mahnılarda Nəsimidən Füzulidən, Seyid Əzim Şirvanidən oxunan şeir və qəzəllərin bəzilərində bilavasitə ayə olan qəzəllər var. Məsələn, İmaməddin Nəsimi bir qəzəlində İxlas surəsini nəzmə çəkib. Quran ayəsi olduğuna görə biz belə şeirləri musiqi alətləri ilə oxumağa ehtiyat edirik.
Əvvəllər hələ “Əhli Beyt”qrupunda olduğum dövrlərdə məndə belə bir fikir yaranmışdı ki, musiqisiz mahnılar oxuyum. Elə həmin vaxtdan sonra istədim ki, ya tək, ya da qrupla belə bir fəaliyyətim olsun.

Bir qədər də “Vətən” qrupunun yaranması haqqında məlumat verərdiniz.

Əvvəllər bu qrup “Bakı” qrupu adı ilə artıq fəaliyyət göstərirdi. “Bakı” qrupu qeyri-dini mahnılar oxuyan trio qrup idi. Mən o qrup üzvlərindən olan Hüseynlə tanış oldum. Ramazan ayında onları iftar süfrəsinə dəvət etdik, görüş zamanı proyekt qrupun digər üzvlərini də cəlb etdi. Bu da yəqin ki, Ramazan ayının bərəkətindən idi. Onlar təklifi qəbul etdilər. Sevindirici məqamlardan biri də budur ki, qrup üzvlərinin hamısı musiqi təhsili olan gənclərdir.
Qrupda məndən başqa 3 nəfər var: Əli Abdullahyari Bülbül adına musiqi məktəbini, sonra isə Milli Konservatoriyanın muğam şöbəsini bitirib. Hüseyn Əhmədov Asəf Zeynallı adına musiqi kollecini bitirib. Əli Əliyev İncəsənət Gimnaziyasını, sonra isə İncəsənət Universitetinin vokal-solo müğənnilik bölməsini bitirib.

Nəyə görə qrupun adı məhz Vətəndir?

Bir çoxları bizə irad tutdular ki, niyə görə qrupunuza dini ad seçməmisiniz. Bu insanlara Peyğəmbərimizin (s.ə.s) hədisi ilə cavab vermək istərdim: “Vətəni sevmək imandandır”. Şübhəsiz, imanı olanın vətən sevgisi, vətən sevgisi olanın da imanı olar.

Qrupun fəaliyyəti haqqında nə deyə bilərsiniz?

Allaha şükürlər olsun, qrup fəaliyyətə başladığı ilk gündən uğur qazana bilib. “Vətən” qrupu ilə artıq Türkiyəyə dəvət almışıq. Moskvada Nordost konsert salonunda livanlı ilahilər oxuyan müğənni Seyyid Rza Nuriddin ilə konsert verdik. Bu konsertdən sonra həm də onunla əməkdaşlığa başladıq. Onun oxuduğu “Möminlər şahı Əli” mahnısının sözlərini mən yazmışam.
Nardaranda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş Ramazan bayramı ilə əlaqəli tədbirə dəvət almışdıq. Həmin tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bizi orada canlı dinlədi və çıxışımızı bəyəndi. Sonra nazir tərəfindən Bakı mədəniyyət paytaxtı tədbirləri çərçivəsində keçirilən 25 ölkə nümayəndəsinin iştirak etdiyi tədbirə dəvət olunduq. Orada da çıxışımız yaxşı qarşılandı.

Gələcək planlarınız.

Qrupun “Vətən” studiyası var. Orada müxtəlif proyektlər üzərində çalışırıq. Hal-hazırda Azərbaycanda tanınmış rejissorlardan olan Şahin Zəkizadə ilə klip çəkilişlərinə hazırlıq işləri görülür. Aqşin Fatehlə bəzi proyektlərimiz olacaq. Proyektlərimiz içində Kuveytə səfərimiz və oradakı ilahilər oxuyan müğənnilərlə duetlərimiz nəzərdə tutulub.
İstanbulda olarkən Almaniyada yaşayan türkiyəli məddah Erol Buyrukla görüşdük, onunla da bəzi proyektləri həyata keçirmək barədə müəyyən razılığa gəldik.
Həmçinin yeni albom üzərində işlər gedir, həmin albomdan 3-4 klip çəkilişi nəzərdə tutulur. Albom yəqin ki, Novruz bayramı ərəfəsində işıq üzü görəcək.

Jurnalımıza müsahibə verdiyiniz üçün sizə təşəkkür edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Müsahibəni apardı: Könül Quliyeva

manevisafliq.com

Azeri, 08 Aralık 2010 03:43

Yorumlar (0)

Kalan karakter : 450
Gönderilen yorumların küfür, hakaret ve suç unsuru içermemesi gerektiğini okurlarımıza önemle hatırlatırız!
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı

Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı

Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı

Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı

Zeynebiye’de Direnişe Destek İsrail’i Tel’in Mitingi 

Zeynebiye’de Direnişe Destek İsrail’i Tel’in Mitingi 

Nasrallah’a Yapılan Alçak Saldırı İstanbul’da Protesto Edildi

Nasrallah’a Yapılan Alçak Saldırı İstanbul’da Protesto Edildi

On Binler Halkalı'da Erbain Merasimi’ne Katıldı

On Binler Halkalı'da Erbain Merasimi’ne Katıldı

Hz. Rugayye (s.a) İkitelli’de Anıldı

Hz. Rugayye (s.a) İkitelli’de Anıldı

Zeynebiye’de Haniye İçin Gıyabi Cenaze Namazı

Zeynebiye’de Haniye İçin Gıyabi Cenaze Namazı

Özgündüz, Bu Saldırı Terör Devletine Göre Bir Eylemdir

Özgündüz, Bu Saldırı Terör Devletine Göre Bir Eylemdir

Zeynebiye’de İmam Hüseyin'in (a.s) Şehadetinin İkinci Günü

Zeynebiye’de İmam Hüseyin'in (a.s) Şehadetinin İkinci Günü

Zeynebiye'de Şâm-ı Gariban! 

Zeynebiye'de Şâm-ı Gariban! 

Yüzbinler Halkalı’da Hz.Hüseyin'e (a.s) Lebbeyk Dedi

Yüzbinler Halkalı’da Hz.Hüseyin'e (a.s) Lebbeyk Dedi

Zeynebiye'de 9 Muharrem!

Zeynebiye'de 9 Muharrem!

Zeynebiye'de 8 Muharrem!

Zeynebiye'de 8 Muharrem!

Zeynebiye'de 7 Muharrem!

Zeynebiye'de 7 Muharrem!

Zeynebiye'de 6 Muharrem!

Zeynebiye'de 6 Muharrem!

Anteplioğlu’ndan Özgündüz’e Ziyaret

Anteplioğlu’ndan Özgündüz’e Ziyaret

Zeynebiye'de 5 Muharrem!

Zeynebiye'de 5 Muharrem!

Zeynebiye'de 4 Muharrem!

Zeynebiye'de 4 Muharrem!

Özgündüz, Yas-ı Matem Programına Katıldı 

Özgündüz, Yas-ı Matem Programına Katıldı 

Zeynebiye'de 3 Muharrem!

Zeynebiye'de 3 Muharrem!

Zeynebiye'de 2 Muharrem!

Zeynebiye'de 2 Muharrem!

Zeynebiye'de 1 Muharrem!

Zeynebiye'de 1 Muharrem!

Şehitler Şah-ı Hz. Hüseyin’i (a.s) Edirnekapı Şehitliği’nde Anma Programı

Şehitler Şah-ı Hz. Hüseyin’i (a.s) Edirnekapı Şehitliği’nde Anma Programı

Zeynebiye‘de Bayrak Asma Töreni

Zeynebiye‘de Bayrak Asma Töreni

Gadir-i Hum Bayramı Halkalı'da Kutlandı

Gadir-i Hum Bayramı Halkalı'da Kutlandı

Zeynebiye'de Kurban Bayramı Coşkusu

Zeynebiye'de Kurban Bayramı Coşkusu

Mammadov’dan Özgündüz’e Ziyaret

Mammadov’dan Özgündüz’e Ziyaret

Reisi Zeynebiye’de Anıldı

Reisi Zeynebiye’de Anıldı

Başakşehir’de Kutlu Viladet Programı

Başakşehir’de Kutlu Viladet Programı

Zeynebiye’de Coşkulu Ramazan Bayramı Namazı

Zeynebiye’de Coşkulu Ramazan Bayramı Namazı

CABİR'den Bayram Açıklaması

CABİR'den Bayram Açıklaması

Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi

Kurum'dan Özgündüz'e Ziyaret

Kurum'dan Özgündüz'e Ziyaret

Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi 

Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi 

Halkalı'da İmam Mehdi (a.f) Coşkusu

Halkalı'da İmam Mehdi (a.f) Coşkusu

İmam Zeynel Abidin (a.s) Güneşli’de Anıldı

İmam Zeynel Abidin (a.s) Güneşli’de Anıldı

İmam Hüseyin (a.s) Turgutlu’da Anıldı

İmam Hüseyin (a.s) Turgutlu’da Anıldı

İmam Hüseyin (a.s) Bursa’da Anıldı

İmam Hüseyin (a.s) Bursa’da Anıldı

Risalete Emek Verenler Programı İkitelli'de Düzenlendi

Risalete Emek Verenler Programı İkitelli'de Düzenlendi