Azərbaycan İstanbul Başkonsulluğundan Zeynəbiyə'də İftar
Azeri, 09 Eylul 2010 04:01Azərbaycan İstanbul Başkonsulluğu tərəfindən Halkalı Zeynebiye Mədəniyyət Mərkəzi inşaatında verilən iftar yeməyinə maraq böyük oldu.
7 Sentyabr çərşəmbə axşamı baş tutan iftar yeməyində böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasının vətəndaşları iştirak etdilər. İftar yeməyindən əvvəl Quran-i Kərim oxundu, dualar edildi. İftardan sonra qürbətçilər adından Ramil İbrahimov Azerbaycan kosulu Pərviz Məmmədzadəyə gül təqdim etdi.
Qürbətçilər adına danışan Seyid Beyli Mir Fikrəddin ilk dəfə verilən iftar yeməyi bir araya gəldiklərindən şad olduğunu bəyan etdi.
Birinci konsul Pərviz Məmmədzadə isə Ramazan münasibətilə edilən ibadətlərin qəbul olmasını və Ramazan Bayramı təbriki ilə başladığı nitqində Halkalı xalqının problemlerini beş barmağı kimi bildiyini və bunların qanun çərçivəsində həll olması üçün əllərindən gələni indiyə qədər əsirgəmədiklərini və əsirgəməyəcəklərini eyni zamanda başkonsulluq tərəfinden ilki həyata keçən iftar yeməyinin ənənəvi hal daşıyacağına ümid etdiyini bildirdi. Bundan sonra konsulumuz Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüzə və tədbirin həyata keçməsində əməyi olan Zeynebiye Dərnəyi və gənclərinə təşəkkür etdi.
Öz növbəsində lider Səlahəddin Özgündüz yeni başkonsulun köməyilə Halkalı xalqının dərdlərinə dərman tapa biləcəklərinə ümid etdiyini bildirdi və müqəddəs Ramazan ayında hər kəsin dualarının qəbul olmasını dilədi.
azerbaycanbt.org
Azeri, 09 Eylul 2010 04:01
Yorumlar (0)