Türkiyənin "Zeynəbiyyə" cameəsi: ?Qarabağ bizim namus məsələmizdir?
Azeri, 27 Nisan 2010 03:36Türkiyənin nüfuzlu Əhli-Beyt (ə) cameəsi sayılan ?Zeynəbiyyə?nin bir sıra rəhbərləri ölkəmizdə səfərdədirlər. "Zeynəbiyyə"nin Sosial və Mədəni İşlər Məsulu Qasım Alcan İçərişəhər ?Cümə? məscidinin icmasının fəalları ilə görüşmüşdür.
Görüşü açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, son illərdə Türkiyədə ciddi inkişaflar yaşanmaqdadır: “Çox xoş bir haldır ki, Türkiyə Əhli-Beyt (ə) yolçuları ilə münasibətlər dərinləşməkdədir. Əvvəllər bu mümkün deyildisə, indi əksinədir. Getdikcə bu münasibətlər genişlənməkdədir. Bu Allahın bir inayətidir”.
Daha sonra dəyərli qardaşımız, əslən azərbaycanlı Qasım Alcan sözlərinə uzun müddət intizarında olduqları ata yurdunun həsrətindən söz açmaqla başladı: “Ata yurduma bu beşinci gəlişimdir. Fəqət gəliş-gedişlərimiz 1-2 gün olduğundan səfərlərimiz xəyal kimi olub. İndiyədək heç tam vaxt yurdumuzu gəzməyə və görməyə imkanımız da olmayıb”.
Türkiyədəki Azərbaycan mənşəli Əhli-Beyt (ə) yolçularının sayının bir qədər keçmiş statistikaya əsasən 3 milyon olduğunu deyən Q.Alcan Zeynəbiyyənin Türkiyə həyatındakı yerindən, tarixi inkişaf mərhələlərindən söz açmışdır: “İstanbulda İqdırdakının 2-3 misli qədər azəri türkü olan cəfərilər vardır. Orada olanların böyük əksəriyyəti "Zeynəbiyyə" cameəsinin ətrafında cəmləşiblər.
Zeynəbiyyə" İstanbulda Əhli-Beyt (ə) yolçularının ilk tikilən məscididir, əsası 1978-ci ildə qoyulmuşdur. O zaman Türkiyə cəfərlilərinin nə geniş maddi imkanları var idi, nə də özlərinin cəfəri kimi təqdim etmək durumuna malik idilər. Amma yavaş-yavaş dairəmiz genişləndi və indi hazırda İstanbulda 40-dan çox cəfəri məscidi vardır. Bundan başqa digər qardaşlarımızla həmrəyliyimiz nəticəsində Türkiyədə 300-ə qədər Əhli-Beyt (ə) məscidi tikilmişdir. Hamısından indi “Əliyyən Vəliyullah” sədaları ucalmaqdadır. Nə etdiksə öz imkanlarımız daxilində həyata keçirdik”.
Bütün bunlarla bərabər Türkiyədəki bütün ictimai-siyasi çevrələrlə sağlam münasibətlər qurulduğunu vurğulayan dəyərli qonaq bütün tədbilərdə də qardaş ölkəninin bütün çevrələrinin yaxından iştirak etdiyini də qeyd etmişdir: “Həyata keçirdiyimiz bütün toplantı və tədbirləmizə də müxtəlif insanları dəvət edirik. Media ilə də münasibətlərimiz çox gözəl bir səviyyəyə gəlib çatmışdır. Türkiyədə heç bir kəsimlə pis durumda deyilik”.
Davamında hər iki qardaş ölkənin qanayan yarası olan Qarabağ mövzusuna toxunan Qasım bəy mövzu ilə bağlı fikirlərini bölüşərkən söyləmişdir: “Qarabağ bizim namus məsələmizdir. Bu məsələ həll olunmayanadək bizim də rahatlığımız ola bilməz. İnşaallah! Allah tezliklə torpaqlarımızın azadlığını nəsib etsin! Allah hamımıza anlayış və qavrayış bəxş etsin! Amin!”
Qarabağın işğaldan azadlığı üçün dua edən əziz qonaq dualarla fikirlərini tamamlamışdır. Daha sonra Q.Alcan məhdud vaxt ərzində inanc əhlinin suallarını cavablandırmışdır. Görüş “Fərəc” duasının cəmən oxunuşu ilə başa çatmışdır.
Deyerler.org/
Azeri, 27 Nisan 2010 03:36
Yorumlar (0)