?Xocalıya ədalət? Kampaniyası
Azeri, 22 Şubat 2010 04:07Fevralın 23-dən martın 1-dək dünyanın 30-a yaxın ölkəsində ?Xocalıya ədalət? kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək.
Sözügedən kampaniyaya İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralında start verilib. İKT-nin Gənclər Forumunun baş katibi Elşad İsgəndərov keçirdiyi mətbuat konfransında deyib ki, kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymətin verilməsi və anılmasını təmin etməkdir. Aksiyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsi ilə aparılır. E. İsgəndərov sözügedən saytın Ermənistanda qadağan olunduğunu deyib.
Azeri, 22 Şubat 2010 04:07
Yorumlar (0)