Azərbaycanın hər bir guşəsində İmam Hüseyn (ə) yad edildi
Azeri, 28 Aralık 2009 03:26
Gəncə
“Gəncədə Aşura mərasimləri yüksək səviyyədə keçirilir. Kütləvi məclislər oldu. İmamzadə də bir neçə yerdə mərasimlər keçirirldi. Bu il əhalinin sayı əzadarlıq mərasimlərində həddən artıq çoxdur. Əvvəlki illərə baxanda insanların əzadarlıq mərasimlərində fəallığı xeyli artıb. Burada da əzadarlıq mərasimləri davam edir, moizələr deyilir, hər cür təziyə mərasimləri keçiririk. Axşam da Şami-Qəriban məclislərimiz olacaq. Məscidlərimizdə əzadarlıq məclislərimiz İmamın (ə) 40 mərasimlərinə kimi davam edəcək” - deyə Məşhədi Elşən İslamov yaşadığı Gəncə şəhərində keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Yevlax
“Bu gün bildiyimiz kimi Aşura günüdür. Azərbaycanda hər yerdə olduğu kimi Yevlax şəhərində də Aşura mərasimləri çox gözəl və şüurlu şəkildə keçirildi. İmam Hüseynin (ə) hədəfləri insanlara çatdırıldı. Rövzələr oxundu, mərsiyələr deyildi və gözəl qaydada bu mərasimlər keçirilir”, - deyə ilahiyyatçı Məşhədi Samir Məmmədov yaşadığı Yevlax şəhərində keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Gədəbəy
“Əvvəlki illərə nisbətdə bu il Gədəbəydə Aşura mərasimləri çox yüksək səviyyədə keçir. Gədəbəyin mərkəzində iki məscidimiz var; Gədəbəy şəhər “Cümə” məscidi və şəhər məscidi. Hər iki məsciddə əzadarlıq mərasimləri keçirilmişdir. Şəhərdə ehsan çadırları qurulmuşdur, ehsanlar verilməkdədir. Düzdür, yürüşümüz olmadı, amma bu Məhərrəm-Səfərin ilk ongünlüyündə hər gün əzadarlıq məclisləri keçirilməklə yanaşı bu gün də, inşaallah, Aşuranı çox yüksək səviyyədə keçirtdik. Şamu-Qəriban mərasimlərinin keçirilməsinə də ciddi hazırlıqlar gedir” - deyə Məşhədi Elsevər Dəvrişov sakini olduğu Gədəbəydə keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Masallı
“Bismillahir Rəhmanir Rəhim! Masallıda, o cümlədən şəhərin Cümə məscidində Tasua və Aşura məclisləri çox yüksək səviyyədə və qaydasında keçirildi. Bunu demək olar ki, Masallının bütün məscidləri haqqında demək olar. Cəmiyyət cəm oldu və əzadarlıq olundu. Mərsiyələr oxundu, sinə-zəncir vuruldu. Ehsanat olundu, söhbətlər edildi. Çox yaxşı şəkildə builki matəm mərasimlərimiz davam edir. İnsanlar çoxlu sayda cəm olmuşdular. Mərasimlərimiz də yüksək səviyyədə keçir” - deyə Masallı Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Malik Hüseynov Masallı şəhərində keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Naxçıvan
“Naxçıvanda əzadarlıq mərasimləri keçirilir. Hər hansı narahatçılıqlar yoxdur. Məscidlərdə bu gün Aşura mərasimləri keçirilir. İnsanlara şərbət ehsan olunur. Matəm mərasimlərinin təşkilində hər hansı manelər yoxdur. Hal-hazırda mən Naxçıvanın kəndlərindən birindəyəm. Burada da camaat məclislərə gəlib-gedir. Naxçıvanın rayonlarında da matəm mərasimləri camaat tərəfindən fəal şəkildə keçirilir. Ordubadın özündə və bir neçə kəndində olmuşam. Məscidləri də ziyarət etmişəm. Hamısında əzadarlıq keçirilir, hamısında da şərbət paylayırlar”, - deyə Mir Baba Yusifov sakini olduğu Naxçıvan MR-də keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Quba
“Burada qədim zamandan çox qüvvətli Aşura mərasimləri keçirilir. Hətta belə bir el misalı var ki, Qubada keçən Aşura təziyəsi bu zamanda heç Kərbəlanın özün də keçmir. Qubada yaxşı təziyə saxlayırlar, Şah Hüseyn sədalarını səsləndirirlər. Burada qədimdən əzadarlıqlar belə keçirilib. Aşurada da qüvvətli bir təziyə keçirildi. Camaat yaxşı iştirak etdi. Moizələr edildi, rövzələr oxunudu, mərsiyələr oxundu. Çox gözəl keçdi. Bizdə bu mərasimlər həmişə yüksək səviyyədə olub. Ümumiyyətlə bu mərasimlər bu xalqın fitrətidir”, - deyə Qubanın “Hacı Cəfər” məscidnin axundu Hacı Mir Əli Əsğər Ağa Mir Məhəmmədov yaşadığı Quba şəhərində keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Goranboy
“İmamın (ə) şəninə dini xütbələr oxumuşuq, mərsiyələr demişik. Torpqalarımızın işğaldan azad olunması üçün dualar etmişik, şəhidlərimizin ruhlarına dualar etmişik. Kərbəla şəhidləri, Azərbaycanın Qarabağ və 20 Yanvar şəhidləri, bütün müsəlman aləminin şəhidləri yad edilimişdir”, - deyə Goranboy rayonunun axundu Hacı Anar Orucov yaşadığı rayonda keçirilən Aşura mərasimləri haqqında danışarkən bildirmişdir.
Deyerler.org
Azeri, 28 Aralık 2009 03:26
Yorumlar (0)