Şeyxülislam: "Məhkəmənin qərarı dinə hörmətsizlikdir"
Azeri, 29 Kasım 2009 03:57?Fatimeyi-Zəhra məscidi?nin sökülməsilə bağlı qərarın qüvvədə saxlanılması bayram ovqatımızı qarışdırdı?
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə "Turan"a məlumat bildirib.
A.Paşazadə bu qərarın, ən azı, təəccüb doğurduğunu qeyd edib. “Bu, dinə, etiqada hörmətsizlikdir”, - deyə QMİ sədri mövqeyini ifadə edib. Həcc ziyarətinin davam etdiyini, duaların qəbul olunduğu Ərəfat günlərinin başlandığını xatırladan A.Paşazadə belə bir vaxtda Bakıda məscid sökülməsilə bağlı qərarın qüvvədə saxlanılmasının başa düşülən olmadığını nəzərə çatdırıb.
"Musavat"-ın xəbərinə əsasən, Şeyx qərardan dolayı təəccübünü gizlətməyib və bunu dinə, etiqada hörmətsizlik adlandırıb. A.Paşazadə Bakıda məscid sökülməsilə bağlı qərarın qüvvədə saxlanılmasının başa düşülən olmadığını qeyd edib.
Azeri, 29 Kasım 2009 03:57
Yorumlar (0)