"Bu problemi həll edəcək Azərbaycan xalqı və Azərbaycan Ordusu var"
Azeri, 20 Kasım 2009 03:43Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov sərt danışdı.
"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli heç bir dövlətin marağında deyil'. Bu bəyanatla Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün Bakıda keçirilən Cənubi Qafqazda təhlükəsizliyə dair beynəlxalq konfransda çıxış edib.
Dünyanın aparıcı siyasi qüvvələrinin Qarabağ məsələsində ikili standart yürütdüyünü bildirən vitse-spiker qeyd edib ki, balkanlarda hadisələr baş verəndə NATO onu çox operativ həll etdi, Dağlıq Qarabağ münaqişəsi isə Minsk qrupuna həvalə olundu: "Minsk qrupu isə 18 ildə heç nə edə bilmir. Bu problemi həll edəcək Azərbaycan xalqı və Azərbaycan Ordusu var".
Beynəlxalq qüvvələrin Azərbaycanı problemin sülh yolu ilə həllinə dəvət etdiyini xatırladan Ziyafət Əsgərov daha sonra deyib ki, NATO Parlament Assambleyasının rəsmisi mənə demişdi ki, "heç kim xristian Ermənistanı qoyub, müsəlman Azərbaycana kömək etmək istəmir".
Vitse-spiker konfransda iştirak edən beynəlxalq ekspertlərə müraciət edərək deyib ki, beynəlxalq hüquq prinsiplərinə əməl olunmursa, bunu elan etsinlər, Azərbaycan da öz işini bilsin.
Azeri, 20 Kasım 2009 03:43
Yorumlar (0)