ABŞ-da Əhli-beyt (ə) yolçularının məscidlərini əllərindən almaq istəyirlər
Azeri, 13 Kasım 2009 03:08ABŞ Federal Prokurorluğu ölkənin Əhli-beyt (ə) yolçularına məxsus məscidlərini əllərindən almağa çalışır.
Artıq uzun illərdir ki, Amerika cəmiyyətində böyük nüfuz qazanmış “Alavi Foundation” müsəlman təşkilatı sayəsində bu ölkənin dörd ştatında möhtəşəm məscid və təşkilata məxsus 36 mərtəbəli İslam mərkəzi fəaliyyət göstərir, - İslamNyus.ru xəbər verir.
Amerika hüquq mühafizə orqanları məscidləri müsəlmanların əllərindən almaq üçün müxtəlif bəhanələr, o cümlədən hansısa müsəlman ölkələrinin onlara dəstək göstərməsini də bəhanə gətirirlər.
İslam fonduna məxsus mərkəz Nyu-Yorkda Beşinci Avenyuda, məscidlər isə Merilend, Virciniya, Texas və Kaliforniya ştatlarında fəaliyyət göstərir.
Azeri, 13 Kasım 2009 03:08
Yorumlar (0)