Şeyxülislam Allahşükür Paşazadə İran Prezidentinin müşaviri Mədəniyyət v
Azeri, 30 Ekim 2009 03:51
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 27-də QMİ-də Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri Mədəniyyət və İslami Əlaqələri Təşkilatının sədri Mehdi Mustafəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Şeyxülislam Allahşükür Paşazadə İran Prezidentinin müşaviri Mədəniyyət v">
Görüşdə Şeyxülislam Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq, İranla Azərbaycan arasında mövcud olan mənəvi əlaqələrdən bəhs etmişdir. O, İranla Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və Dağlıq Qarabağ probleminin olduğunu və Dağlıq Qarabağ problemininhəllində İranın həmişə Azərbaycana dəstək olduğunu qeyd etmişdi. Şeyxülislam, ölkələrimiz arasında qədim tarixi olan əlaqələrdən danışmış, Azərbaycan ilə İran arasında son illər surətlə inkişaf edən siyasi, iqtisadi, mədəni, dini və digər sahələrdə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi. Şeyxülislam A. Paşazadə, İranın İslamın möhkəmləndirilməsi işindəki fəaliyyətini təqdir eti. O əminliklə bildirdi ki, İran Prezidentinin müşavirinin Azərbaycana səfəri iki qonşu xalq arasında mədəni əlaqələrin genişlənməsinə və gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. A. Paşazadə İranın xalqımızın ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdi.
Şeyxülislam , qonaqlara XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanın üzləşdiyi çətinliklərdən, xalqın istəyi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin ölkəmizi parçalanmaqdan xilas istiqamətində misilsiz xidmətlərindən danışdı. Şeyxülislam, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə yeni uğurlara imza atdığından, ölkəmizin həyatın bütün sahələrində böyük uğurlar qazandığından, ökəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə ali səviyyədə qayğı və diqqət göstərilməsindən qonaqlara söhbət açdı. O, görülən işlərin Azərbaycanın parlaq gələcəyinin təmininə xidmət etdiyini xüsusi vurğuladı.
Öz növbəsində M. Mustafəvi Azərbaycan ilə İran arasında dostluq əlaqələrinin getdikcə daha da möhkəmlənməsini sevindirici hal kimi dəyərləndirdi. Azərbaycana gəlişinin əhəmiyyətli olduğunu qeyd edən qonaq, Şeyxülislamı ziyarət etməyin xüsusi önəm daşıdığını rəğbətlə vurğuladı. O, Şeyxə böyük hörmət bəslədiyini dilə gətirərək onun İslam yolunda göstərdiyi fəaliyyətin təqdirəlayiq olduğunu İranın mötəbər şəxsiyyətləri tərəfindən də ona böyük ehtiramın mövcud olduğunu bildirdi. Mehdi Mustafəvi qeyd etdi ki, cəmiyyətdə insanların dinə bağlılığı gözəl əxlaq üçün təminatdı. Bu baxımdan, qonaq Azərbaycan rəhbərliyi tərəfindən ölkədə islam dininə diqqət və qayğını, yeni məscidlərin tikintisini yüksək dəyərləndirdi, Şeyxülislam Qafqaz bölgəsində islam dininin təbliği sahəsində səylərini vurğuladı.
Səmimi şəraitdə keçən qəbulun sonunda Şeyxülislam A. Paşazadə görüşdən xatirə olaraq Mehdi Mustafəviyə İçərişəhərin mənzərəsini əks etdirən şəkil təqdim etmişdir. Qonaq, öz növbəsində, Şeyxülislama nəfis şəkildə bəzədilmiş Qurani-Kərim kitabı hədiyyə etmişdir.
Qafqaz Müsəlmanları İdarəsi Mətbuat Xidməti

Yorumlar (0)