İKT islam ölkələrini Azərbaycana daha güclü dəstək verməyə çağırıb
Azeri, 30 Ekim 2009 03:38Ekmeleddin İhsanoğlu: ?İKT üzvləri erməni işğalına son qoyulması üçün siyasi və iqtisadi tədbirlər görməlidirlər?
İslam Konfransı Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğlu, təşkilata üzv olan bütün ölkələri Azərbaycana qarşı Ermənistan işğalına son qoyulması üçün siyasi və iqtisadi tədbirlər görməyə çağırıb. O, noyabrda “Mənədiyyətlər dialoqu: Azərbaycanın baxışı” adlı konfransda iştirak etmək üçün Azərbaycana səfər edəcəyini bildirib: “Azərbaycan İKT üzvü kimi Avropa və Asiya arasında körpü rolunu oynayır. Biz Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsini pisləyirik. Təşkilat üzvü olan ölkələrin bu məsələnin həlli üçün hər şeyi etmələrini istəyirik”.
Ekmeleddin İhsanoğlu İKT-nin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini bir daha bəyan edib. Onun sözlərinə görə, problem beynəlxalq hüququn prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Güc yolu ilə baş bir ölkənin torpaqlarının işğal edilməsi yolverilməzdir”. İKT rəhbəri bildirib ki, təşkilat münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
Azeri, 30 Ekim 2009 03:38
Yorumlar (0)