Bağdadda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə ?Əl-Qaida? terror təşkilatı götürüb
Azeri, 27 Ekim 2009 17:15Bağdadda 155 nəfərin ölümü, 700-dən artıq insanın yaralanmasına səbəb olan iki terror aktına görə məsuliyyəti öz üzərinə ?Əl-Qaida? terror təşkilatının İraq bölməsi götürüb.
APA-nın məlumatına görə, özünü “İraq İslam Dövləti” adlandıran təşkilatın saytlarında yerləşdirilən məlumatında bildirilir ki, “kafirlər yuvasına iki güclü zərbə endirilib, bizim düşmənlərimiz yalnız dildə güclüdürlər”.
Xatırladaq ki, terror aktı İraq Ədliyyə Nazirliyi və Bağdad valiliyinin binasında eyni zamanda törədilib. Minalanmış avtomobilin işə salınması ilə həyata keçirilən terror aktı nəticəsində 155 nəfər ölüb, 700-dən artıq şəxs yaralanıb. Həlak olanların 35 nəfir Ədliyyə Nazirliyinin, 25 nəfəri Bağdad valiliyinin əməkdaşlarıdır.
Azeri, 27 Ekim 2009 17:15
Yorumlar (0)