Qafqazda uzunmüddətli barışıq yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunandan sonra mümkündür
Azeri, 23 Ekim 2009 03:54Türkiyənin xarici işlər naziri bəyan edib ki, Qafqazda uzunmüddətli barışıq yalnız və yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunandan sonra mümkündür.
"Ankara-Yerevan arasında protokollar regionda uzunmüddətli barişiq üçün imzalanıb. Bu da yalnız və yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra mümkündür. Protokolların imzalanması ilə Dağlıq Qarabağ problemi dünyanın gündəminə gətirilib", - Trend News-un məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Trend News-un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır
Davudoğlu bildirib ki, Türkiyə Azərbaycanı necə dəstəkləyibsə, bundan sonra da elə dəstəkləyəcək.
"Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də problemidir. Türkiyənin bu məsələdə mövqeyi qətidir. Sürixdə Ankara-Yerevan protokolu imzalanmamışdan öncə ABŞ-ın dövlət katibi Hillari Klintonla da Dağlıq Qarabağ mövzusunda müzakirə aparmışıq", - nazir əlavə edib.

Azeri, 23 Ekim 2009 03:54
Yorumlar (0)
Kalan karakter : 450
Gönderilen yorumların küfür, hakaret ve suç unsuru içermemesi gerektiğini okurlarımıza önemle hatırlatırız!