Bu gün Xocavənd rayonunun işğalından 17 il keçir
Azeri, 02 Ekim 2009 03:55Rayon 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub
Oktyabrın 2-si Xocavənd rayonunun işğal günüdür. Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində Ermənistan Respublikası tərəfindən işğal olunub. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
ANS Press
Azeri, 02 Ekim 2009 03:55
Yorumlar (0)