Əl Husi döyüşçüləri Yəmən rejiminin hərbi təyyarəsini vurub
Azeri, 02 Ekim 2009 03:48İslam-Azeri.az internet qəzetinin Əl Ələmə istinadlı xəbərinə görə Yəmənin şiə inqilabçıları olan Əl Husi döyüşçüləri qəfil olaraq Yəmən ordusuna güclü zərbələr endiriblər.
Verilən məlumata görə bu gün səhər Səədə şəhərinin bazarı və mülkü vətəndaşların evlərini bombalayan Yəmən Ordusunun bir qırıcı təyyarəsini vurub.
Bu barədə Əl Husi hərəkatı rəsmi açıqlama da yayıb.
Açıqlamada bu gün səhər Yəmən Ordusuna məxsus təyyarənin mülkü obyektləri bombaladığı zaman vurulduğu, həmçinin vurulan təyyarənin pilotunun da adının Məhəmməd Abduh olduğu önə çəkilib.
Yəmən ordusu da bu faktı təsdiqləyib.
Artıq bir neçə ildir ki, Yəmən iqtidarının şiələrə qarşı soyuq münasibətinə görə şiələr dəstələr sonra isə qoşun yaradaraq iqtidara qarşı mübarizəyə qalxıblar. Huseyni Əl Husinin qətlindən sonra bu qoşunlara Əbdülməlik Təbətəbai Əl-Husi başçılıq edir.
Azeri, 02 Ekim 2009 03:48
Yorumlar (0)