Ermənilər indi də Şuşanı "abadlaşdırır"
Azeri, 25 Eylul 2009 03:11Ermənilər Şuşada «Grand Hotel» tikir
Ermənilər Azərbaycanın işğal altında olan torpaqlarında tikinti işlərini davam etdirirlər. «Armenia today» saytının məlumatına görə, artıq ermənilər qədim Şuşa şəhərinin mərkəzində geniş tikinti bumuna başlayıblar. Belə ki, separatçılar Azərbaycanın mədəniyyət və musiqi beşiyi olan qədim paytaxtımızda «Shushi Grand Hotel» tikirlər. Bu tikintinin arxasında nələrin durduğunu və bu mehmanxanada kimlərin qalacağı böyük maraq yaratdığı kimi, böyük suallar da doğurur. Amma separatçı ermənilər yeni tikilən bu mehmanxananın qondarma «Dağlıq Qarabağ Respublikasının» paytaxtının bir rəmzi olacağını düşünürlər. Çünki bu gün separatçıların heç biri şübhə etmir ki, Şuşa mütləq «Dağlıq Qarabağ Respublikası»nın paytaxtı olacaq, separatçıların Stepanakert adlandırdıqları Xankəndinin isə onlar müvəqqəti olaraq «paytaxt» missiyasını yerinə yetirdiyini düşünürlər. Həm də bununla bizləri düşünməyə məcbur edirlər.
Yeri gəlmişkən, Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması məsələsində aparılan müxtəlif formatlı danışıqlarda Şuşanın adı belə çəkilmir. Necə ki, ermənilər Şuşa və ümumən Dağlıq Qarabağla bağlı tutduqları mövqedən geri çəkilmir.
Həqiqətən də elliklə düşünməyə dəyər!
/ANS PRESS/
Azeri, 25 Eylul 2009 03:11
Yorumlar (0)