Mövqelərimizə hücum edən beş erməni əsgəri ölüb, üçü isə yaralanıb
Azeri, 10 Eylul 2009 03:17Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Ermənilərin hücumunun qarşısı alınıb. Atışma nəticəsində beş erməni əsgəri ölüb, üçü isə yaralanıb.
Trend News-un Qarabağ bürosunun məlumatına əsasən, cümə axşamı Ağdam rayonunun Gülçülük sovxozu istiqamətində Azərbaycan Milli Ordusunun mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Ermənilərin hücumunun qarşısı alınıb. Atışma nəticəsində beş erməni əsgəri ölüb, üçü isə yaralanıb.
Quba rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Azərbaycan əsgəri Pərviz Yusubov yaralanıb.
2008-ci ilin mart ayından Azərbaycan mövqelərinə hücumlar nəticəsində Ermənistan Silahlı Qüvvələri 15 əsgərini itirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və həmin vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Azeri, 10 Eylul 2009 03:17
Yorumlar (0)