Min Aydan Daha Üstün Qədr Gecələri

Azeri, 02 Eylul 2009 03:10

Ərəb dilində istifadə olunan «qədr» və «təqdir» kəlmələri eyni mənanı, yəni ölçü götürmək və təyin etmək mənalarını ifadə edir. Terminologiyada isə «qədr» sözü «varlığın mahiyyəti, necəliyi», başqa sözlə desək, hər bir varlığın hüdud və çərçivəsi mənalarında istifadə olunur.

Min Aydan Daha Üstün Qədr Gecələri

Dini terminologiyaya gəldikdə isə eyni mənadan götürülərək «qədr» sözü Ramazan ayının son ongünlüyünə təsadüf edən 19, 21 və 23-cü gecələrinə deyilir. İlahi hikmət hər bir varlığın müəyyən ölçü, miqdar və çərçivədə olmasını, səbəb və nəticə qanununa tabe olmasını və hər bir şeyin özünəməxsus hesabı olmasını tələb edir. Yəni yaradılan hər bir varlığın mövcud olacağı müddət əvvəlcədən müəyyənləşdirilir. Onun mövcud olduğu an gələcəyi ilə sıx əlaqələndirilir, İlahi qanunlarla nizama salınır.

Elə isə bəs nə üçün Ramazan ayının 19, 21 və 23-cü gecələrinə qədr gecələri deyilir?

Quran ayələrindən və nəql olunan rəvayətlərdən belə məlum olur ki, həmin gecələrdə mələklər və «Qədr» surəsində «Ruh» adlı varlıq Allahın iznilə yer üzünə enər və gələn ilin bütün hadisələri barədə məlumatlar zəmanənin imamına təqdim olunar və o həm özünün, həm də başqalarının aqibətindən agah olar. İmam Baqirdən (ə) nəql olunan rəvayətdə buyurulur: «Qədr gecəsi mələklər yerə enər və zəmanənin imamına baş verəcək hadisələr barədə xəbər verilər. O, özünün və camaatın aqibətindən agah olaraq bir sıra işlərin icrasına məmur edilər». Deməli, Qədr Allahın yaratdığı məxluqatın aqibətini müəyyən etdiyi gecədir.

Hər il təkrar olunan Qədr gecəsi bir neçə səbəbdən əhəmiyyət kəsb edir.

1 Bu gecədə Quran nazil olub.
2 Gələn ilin hadisələri müəyyən olunur.
3 Hadisələr zəmanənin imamına təqdim edilir və o, bir sıra işlərə məmur olur.
4 Bu gecədə möminlərin Əmiri Əli (ə) şəhadət şərbətini içib.

«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!». («Qədr» surəsi, 1-5- ci ayələr).

Surədən qədr surəsinin beş xüsusiyyətə malik olduğu bəlli olur:
1 Quranın Qədr gecəsində nazil olması.
2 Qədr gecəsinin böyük əhəmiyyət kəsb edərək dəqiq məlum olmaması (Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!).
3 Qədr gecəsi min aydan daha üstündür
4 Həmin gün əmin-amanlıq olar
5 Bu gecədə Allahın izni ilə mələklər və ruh yerə enər, baş verəcək hadisələri zəmanənin imamına təqdim edərlər.

Qədri, qədrini dərk edənlər bilər
Qəlbləri İlahi eşqlə çırpınan əməlisaleh bəndələr Qədr gecələrini böyük həvəs və şövq ilə gözləyərlər. Onun fəzilət və əzəmətini dərk edənlərin ruhları mələklər aləminə pərvaz edərək mənəvi təkamüldən həzz alar. Əməllərini islah edər, ruhlarını İlahi övliyaların ruhları ilə tərbiyə edərlər. Qədr aşiqləri Həzrət Məhəmmədin (s.ə.s) dua və namazlarından, Həzrət Əlinin (ə) münacatlarından və Həzrət Zəhranın (s.ə) zikrlərindən ilham alar və özlərini Allahın hüzurunda hiss edərlər. Gecələrini sübhədək ibadətdə keçirər, qəlblərini göz yaşları ilə sirab edər, Allahdan bağışlanmalarını diləyərlər. Südəmər körpələr süd üçün israrlı olduqları qədər onlar da Allaha dua etməkdə o qədər israrlı olarlar. Deyilənlərə görə, İslam alimlərindən biri Qədr gecəsinin əzəmətini dərk etmək üçün Ramazan ayı ilə kifayətlənməyib ilin bütün günlərini əhya saxlayaraq gecələrini ibadətlə keçirib.

Qədr gecələrinin əməlləri
Qədr gecələrinin əməlləri əsasən iki hissəyə bölünür:
1 Hər üç gecədə təkrar olunan əməllər.
2 Hər gecəyə məxsus olan əməllər.
19-cu gecə

Birinci qədr gecəsi
1. Şam namazına yaxın qüsl almaq.
2. 100 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək.
3. 100 dəfə «Allahumməl ən qətələtə Əmirəlmumininə» demək
4 İki rükət namaz qılmaq. Hər rükətdə «Həmd» («Fatihə») surəsindən sonra yeddi dəfə «İxlas» surəsini oxumaq. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək.
5.Quranı açıb bu duanı oxumaq: «Allahummə inni əsəlukə bikitabikəl munzəli və ma fihi və fihi ismukəl əkbəru və əsmaukəl husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minənnari».
6.Quranı açıb başı qoyaraq bu duanı oxumaq:
«Allahummə bihəqqi hazəlqurani və bihəqqi mən ərsəltəhu və bihəqqi kuli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə minkə».
7. 10 dəfə bikə ya Allah,10 dəfə bimuhəmmədin,10 dəfə biəliyyin, 10 dəfə bifatiməti, 10 dəfə bilhəsəni, 10 dəfə bilhusəyni, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə bicəfər ibn Muhəmməd, 10 dəfə bimusa ibn Cəfər, 10 dəfə biəli ibn Musa, 10 dəfə bimuhəmməd ibn Əli, 10 dəfə biəli ibn Muhəmməd, 10 dəfə bilhəsən ibn Əli, 10 dəfə bilhuccə.

İkinci Qədr gecəsinin əməlləri
21-ci gecə
21-ci günün fəziləti 19-cu günün fəzilətindən daha çoxdur.
1. Qüsl almaq
2. Gecəni səhərə qədər əhya saxlamaq.
2 rükət namaz qılmaq. Hər rükətdə «Həmd» surəsindən sonra 7 dəfə «İxlas» surəsini oxumaq.
3. Quranı başa qoyub 19-cu gecədə oxunan zikri təkrar etmək.
4. Cuşən-kəbir duasını oxumaq.

Üçüncü Qədr gecəsi
23-cü gecə
Əvvəlki gecələrdə yerinə yetirilən əməlləri təkrar etdikdən sonra aşağıdakı əməlləri də yerinə yetirmək tövsiyə olunur.
1. «Ənkəbut» (29-cu surə), «Rum» (30-cu surə) və «Duxan» (44-cü ) surələrini oxumaq.
2. Qədr surəsini 1000 dəfə oxumaq.
3. İmam Zamanın (ə.f) duasını oxumaq.
(Dua kitablarında hər üç gecəyə məxsus digər dualarda qeyd olunmuşdur).
İmam Əlinin (ə) şəhadəti

Azeri, 02 Eylul 2009 03:10

Yorumlar (0)

Kalan karakter : 450
Gönderilen yorumların küfür, hakaret ve suç unsuru içermemesi gerektiğini okurlarımıza önemle hatırlatırız!
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı

Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı

Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı

Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı

Zeynebiye’de Direnişe Destek İsrail’i Tel’in Mitingi 

Zeynebiye’de Direnişe Destek İsrail’i Tel’in Mitingi 

Nasrallah’a Yapılan Alçak Saldırı İstanbul’da Protesto Edildi

Nasrallah’a Yapılan Alçak Saldırı İstanbul’da Protesto Edildi

On Binler Halkalı'da Erbain Merasimi’ne Katıldı

On Binler Halkalı'da Erbain Merasimi’ne Katıldı

Hz. Rugayye (s.a) İkitelli’de Anıldı

Hz. Rugayye (s.a) İkitelli’de Anıldı

Zeynebiye’de Haniye İçin Gıyabi Cenaze Namazı

Zeynebiye’de Haniye İçin Gıyabi Cenaze Namazı

Özgündüz, Bu Saldırı Terör Devletine Göre Bir Eylemdir

Özgündüz, Bu Saldırı Terör Devletine Göre Bir Eylemdir

Zeynebiye’de İmam Hüseyin'in (a.s) Şehadetinin İkinci Günü

Zeynebiye’de İmam Hüseyin'in (a.s) Şehadetinin İkinci Günü

Zeynebiye'de Şâm-ı Gariban! 

Zeynebiye'de Şâm-ı Gariban! 

Yüzbinler Halkalı’da Hz.Hüseyin'e (a.s) Lebbeyk Dedi

Yüzbinler Halkalı’da Hz.Hüseyin'e (a.s) Lebbeyk Dedi

Zeynebiye'de 9 Muharrem!

Zeynebiye'de 9 Muharrem!

Zeynebiye'de 8 Muharrem!

Zeynebiye'de 8 Muharrem!

Zeynebiye'de 7 Muharrem!

Zeynebiye'de 7 Muharrem!

Zeynebiye'de 6 Muharrem!

Zeynebiye'de 6 Muharrem!

Anteplioğlu’ndan Özgündüz’e Ziyaret

Anteplioğlu’ndan Özgündüz’e Ziyaret

Zeynebiye'de 5 Muharrem!

Zeynebiye'de 5 Muharrem!

Zeynebiye'de 4 Muharrem!

Zeynebiye'de 4 Muharrem!

Özgündüz, Yas-ı Matem Programına Katıldı 

Özgündüz, Yas-ı Matem Programına Katıldı 

Zeynebiye'de 3 Muharrem!

Zeynebiye'de 3 Muharrem!

Zeynebiye'de 2 Muharrem!

Zeynebiye'de 2 Muharrem!

Zeynebiye'de 1 Muharrem!

Zeynebiye'de 1 Muharrem!

Şehitler Şah-ı Hz. Hüseyin’i (a.s) Edirnekapı Şehitliği’nde Anma Programı

Şehitler Şah-ı Hz. Hüseyin’i (a.s) Edirnekapı Şehitliği’nde Anma Programı

Zeynebiye‘de Bayrak Asma Töreni

Zeynebiye‘de Bayrak Asma Töreni

Gadir-i Hum Bayramı Halkalı'da Kutlandı

Gadir-i Hum Bayramı Halkalı'da Kutlandı

Zeynebiye'de Kurban Bayramı Coşkusu

Zeynebiye'de Kurban Bayramı Coşkusu

Mammadov’dan Özgündüz’e Ziyaret

Mammadov’dan Özgündüz’e Ziyaret

Reisi Zeynebiye’de Anıldı

Reisi Zeynebiye’de Anıldı

Başakşehir’de Kutlu Viladet Programı

Başakşehir’de Kutlu Viladet Programı

Zeynebiye’de Coşkulu Ramazan Bayramı Namazı

Zeynebiye’de Coşkulu Ramazan Bayramı Namazı

CABİR'den Bayram Açıklaması

CABİR'den Bayram Açıklaması

Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi

Kurum'dan Özgündüz'e Ziyaret

Kurum'dan Özgündüz'e Ziyaret

Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi 

Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi 

Halkalı'da İmam Mehdi (a.f) Coşkusu

Halkalı'da İmam Mehdi (a.f) Coşkusu

İmam Zeynel Abidin (a.s) Güneşli’de Anıldı

İmam Zeynel Abidin (a.s) Güneşli’de Anıldı

İmam Hüseyin (a.s) Turgutlu’da Anıldı

İmam Hüseyin (a.s) Turgutlu’da Anıldı

İmam Hüseyin (a.s) Bursa’da Anıldı

İmam Hüseyin (a.s) Bursa’da Anıldı

Risalete Emek Verenler Programı İkitelli'de Düzenlendi

Risalete Emek Verenler Programı İkitelli'de Düzenlendi