Əbdüləziz Həkimin Cənazə Tədbiri
Azeri, 27 Ağustos 2009 03:09İslam-Azeri.az internet qəzetinin İraq KİV-lərinə istinadlı xəbərinə görə Seyyid Əbdüləziz Həkimin cənazəsi bu gün İraqın Tehrandakı səfirliyindən götürüldü.
İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, Ayətullah Şirazi,Ayətullah Safi Gülpəqani, Ayətullah Amuli, İran prezidenti Əhmədinejad, Laricani, Rəfsəncani və bir çoxları baş sağlığı veriblər.
İraqın böyük dini mərcei təqlid müctehidi Ayətullah Seyyid Sistani də baş sağlığı verib.
İraqın baş naziri Nuri Əl Maliki də onun vəfatı ilə bağlı onun ailəsinə baş sağlığı məktubu göndərib.
Bu gün səhər saat 9-da Tehranda İraq səfirliyində onun cənazə tədbiri keçirilib.
Onun cənazəsinin İraqa aparılacağı bildirilir.
İslam-Azeri.az
Azeri, 27 Ağustos 2009 03:09
Yorumlar (0)