İlham Əliyev: ?Dağlıq Qarabağ danışıqları sonuncu mərhələsindədir?

Azeri, 04 Ekim 2009 03:31

?Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər?

İlham Əliyev: ?Dağlıq Qarabağ danışıqları sonuncu mərhələsindədir?

“Dağlıq Qarabağ münaqiəsinin həlli ilə bağlı danışıqlar artıq sonuncu mərhələsindədir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündəki ıxışında deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı danışıqlar uzun illərdir aparılsa da, tərəflər heç bir nəticəyə gəlməyib: “Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir”.


Azərbaycan prezidenti xatırladıb ki, Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır: “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur. O qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Digər beynəlxalq təşkilatlar buna bənzər qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq normalara məhəl qoymur. Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi bundan ibarətdir və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq prinsiplərə əsaslanır. Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər və bundan kənarda heç bir başqa variant müzakirə oluna bilməz”.

İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəinki Azərbaycan üçün, bütün region üçün böyük problemdir, regional əməkdaşlığı əngəlləyən ən başlıca amildir: “Regionun çox böyük imkanları vardır. Regional əməkdaşlıq daha da hərtərəfli aparıla bilər. Bütün yollar, bütün kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər. Ancaq o da həqiqətdir ki, torpaqlarımız işğal altında qaldığı bir dövrdə Ermənistan ilə Azərbaycan arasında heç bir əməkdaşlıq mümkün deyil. Azərbaycan gələcəkdə də öz coğrafi, iqtisadi, siyasi və başqa imkanlarından istifadə edərək Qarabağ məsələsinin, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışacaq”.

Azərbaycan prezidenti deyib ki, ərazi bütövlüyünün pozulmasına baxmayaraq, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı, həmçinin regional əməkdaşlığın dərinləşməsinə yönəldilib: “Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal nəticəsində və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağından didərgin salınıb. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb”. İlham Əliyevi fikrincə. bu artım ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin həllinə kömək göstərir.

Anspress

Azeri, 04 Ekim 2009 03:31

Yorumlar (0)

Kalan karakter : 450
Gönderilen yorumların küfür, hakaret ve suç unsuru içermemesi gerektiğini okurlarımıza önemle hatırlatırız!
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı

Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı

Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı

Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı

Zeynebiye’de Direnişe Destek İsrail’i Tel’in Mitingi 

Zeynebiye’de Direnişe Destek İsrail’i Tel’in Mitingi 

Nasrallah’a Yapılan Alçak Saldırı İstanbul’da Protesto Edildi

Nasrallah’a Yapılan Alçak Saldırı İstanbul’da Protesto Edildi

On Binler Halkalı'da Erbain Merasimi’ne Katıldı

On Binler Halkalı'da Erbain Merasimi’ne Katıldı

Hz. Rugayye (s.a) İkitelli’de Anıldı

Hz. Rugayye (s.a) İkitelli’de Anıldı

Zeynebiye’de Haniye İçin Gıyabi Cenaze Namazı

Zeynebiye’de Haniye İçin Gıyabi Cenaze Namazı

Özgündüz, Bu Saldırı Terör Devletine Göre Bir Eylemdir

Özgündüz, Bu Saldırı Terör Devletine Göre Bir Eylemdir

Zeynebiye’de İmam Hüseyin'in (a.s) Şehadetinin İkinci Günü

Zeynebiye’de İmam Hüseyin'in (a.s) Şehadetinin İkinci Günü

Zeynebiye'de Şâm-ı Gariban! 

Zeynebiye'de Şâm-ı Gariban! 

Yüzbinler Halkalı’da Hz.Hüseyin'e (a.s) Lebbeyk Dedi

Yüzbinler Halkalı’da Hz.Hüseyin'e (a.s) Lebbeyk Dedi

Zeynebiye'de 9 Muharrem!

Zeynebiye'de 9 Muharrem!

Zeynebiye'de 8 Muharrem!

Zeynebiye'de 8 Muharrem!

Zeynebiye'de 7 Muharrem!

Zeynebiye'de 7 Muharrem!

Zeynebiye'de 6 Muharrem!

Zeynebiye'de 6 Muharrem!

Anteplioğlu’ndan Özgündüz’e Ziyaret

Anteplioğlu’ndan Özgündüz’e Ziyaret

Zeynebiye'de 5 Muharrem!

Zeynebiye'de 5 Muharrem!

Zeynebiye'de 4 Muharrem!

Zeynebiye'de 4 Muharrem!

Özgündüz, Yas-ı Matem Programına Katıldı 

Özgündüz, Yas-ı Matem Programına Katıldı 

Zeynebiye'de 3 Muharrem!

Zeynebiye'de 3 Muharrem!

Zeynebiye'de 2 Muharrem!

Zeynebiye'de 2 Muharrem!

Zeynebiye'de 1 Muharrem!

Zeynebiye'de 1 Muharrem!

Şehitler Şah-ı Hz. Hüseyin’i (a.s) Edirnekapı Şehitliği’nde Anma Programı

Şehitler Şah-ı Hz. Hüseyin’i (a.s) Edirnekapı Şehitliği’nde Anma Programı

Zeynebiye‘de Bayrak Asma Töreni

Zeynebiye‘de Bayrak Asma Töreni

Gadir-i Hum Bayramı Halkalı'da Kutlandı

Gadir-i Hum Bayramı Halkalı'da Kutlandı

Zeynebiye'de Kurban Bayramı Coşkusu

Zeynebiye'de Kurban Bayramı Coşkusu

Mammadov’dan Özgündüz’e Ziyaret

Mammadov’dan Özgündüz’e Ziyaret

Reisi Zeynebiye’de Anıldı

Reisi Zeynebiye’de Anıldı

Başakşehir’de Kutlu Viladet Programı

Başakşehir’de Kutlu Viladet Programı

Zeynebiye’de Coşkulu Ramazan Bayramı Namazı

Zeynebiye’de Coşkulu Ramazan Bayramı Namazı

CABİR'den Bayram Açıklaması

CABİR'den Bayram Açıklaması

Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 3. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi

Zeynebiye'de 2. Muhtemel Kadir Gecesi İhya Edildi

Kurum'dan Özgündüz'e Ziyaret

Kurum'dan Özgündüz'e Ziyaret

Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi 

Zeynebiye'de 1. Muhtemel Kadir Gecesi İhya Edildi 

Halkalı'da İmam Mehdi (a.f) Coşkusu

Halkalı'da İmam Mehdi (a.f) Coşkusu

İmam Zeynel Abidin (a.s) Güneşli’de Anıldı

İmam Zeynel Abidin (a.s) Güneşli’de Anıldı

İmam Hüseyin (a.s) Turgutlu’da Anıldı

İmam Hüseyin (a.s) Turgutlu’da Anıldı

İmam Hüseyin (a.s) Bursa’da Anıldı

İmam Hüseyin (a.s) Bursa’da Anıldı

Risalete Emek Verenler Programı İkitelli'de Düzenlendi

Risalete Emek Verenler Programı İkitelli'de Düzenlendi