Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə Cəfərilərinin Lideri Səlahəddin Özgündüz Qafqaz Şeyxinin yubiley tədbirlərinə qatılacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin 6-7 noyabr tarixlərində Bakıda keçiriləcək yubiley mərasimində Türkiyə Cəfərilərinin Lideri Səlahəddin Özgündüz iştirak edəcək.  

05 Kasım 2009
Türkiyə Cəfərilərinin Lideri Səlahəddin Özgündüz Qafqaz Şeyxinin yubiley tədbirlərinə qatılacaq

Yubileydə təxminən dünyanın 40 ölkəsindən olan nümayəndə heyətinin iştirakı gözlənilir.

Paşazadənin 60 illik yubileyi və şeyxülislam seçilməsinin 30 illiyi münasibətilə təbrikə gələnlər arasında Moskva və bütün Rusiyanın patriarxı II Kirill, bütün Gürcüstanın katalikos-patriarxı II İlya, Roma katolik kilsəsinin və müqəddəs Varfolomey kilsəsinin nümayəndələri də olacaq.

Yubiley tədbirində Türkiyənin dövlət naziri Faruq Çelik, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Fərid Məhəmmədşen, Çeçenistan Prezidenti Ramazan Kadırov, Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev, Gürcüstan Parlamentinin vitse-spikeri Pridon Todua, Küveytin dini işlər üzrə nazir müavini Adil əl-Fələh, BƏƏ Əmirinin müşavirir Əli bin əs-Seyyid əl-Haşimi və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinin iştirak edəcəyi gözlənilir.

Qazaxıstan, Özbəkistan, Latviya, Tacikistan, Səudiyyə Ərəbstanı Krallığı və İordaniya rəhbərlərinin nümayəndələri bu dövlətlərin başçıları adından təbrik məktubunu oxuyacaqlar.

Noyabrın 7-də "Gülüstan"s arayında Qafqaz müsəlmanları dini liderinin yubileyinə həsr edilmiş Beynəlxalq Konfrans keçiriləcək.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.