Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüz: Quldur Dəstələri və Rüşvətxorluqla Mübarize Aparılmalıdır

Halkalı Zeynəbiyyə məscidində qılınan Cümə namazında minlərlə adama səslənən Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , paralel dövlət və korrupsiya gündəmlərinə toxundu. 

19 Ocak 2014
Özgündüz: Quldur Dəstələri və Rüşvətxorluqla Mübarize Aparılmalıdır

Paralel dövlət varsa bunun təmizlənməsi lazımdır, deyən Özgündüz , ancaq bu gündəmlə ölkədəki sui-istifadələrin üstünün örtülməməsi lazım olduğunu vurğuladı. Özgündüz : "Ölkədə işlər pis gedir kimi görünür , əslində bəlkə də dövlət dediyimiz müəssisə silkələnib özünün çürük çarığını atır. Bəlkə də yaxşıya gedir. Madam dövlət içərisində şəbəkə var , paralel dövlət var , dövlətə zərər verir , dövlətin quruluşunu çürüdür , bunun təmizlənməsində nə kimi qorxu var ? Və madam korrupsiya , oğurluq var , yalnız İstanbulda yüzmilyard dolları aşan pul, bu çox böyük bir rəqəmdir , Ermənistan kimi 30-35 ölkənin büdcəsi qədərdir , bu sui-istifadələrin də üstünə gedilməsi lazım olduğunu düşünürəm.
 
 Hörmətli baş nazirin və hökumətin , kəşfiyyat onların əlində , deyir ki ; " Bu dövlətin içərisindəki paralel dövlət , sprut-ahtapot kimi ölkəni bürümüşdür. " Özgündüz bir ara demişdi ki ; "Qardaşım , ordunuzu iflic etməyin , bu sizin bilək gücünüzdür. Düşməninizi özünüzə qarşı cəsarətləndirər . Günahkar , günahsız uydurma şeylərlə bunları tutub  həbcxanaya doldurmayın. " O zaman qiyamçıların mı tərəfdarısan deyildi , qiyam tərəfdarısanmı deyildi. İndi çox şükür , hökumətimiz o nöqtəyə gəldi , başa düşdü və qəbul etdi ki , keçmişdə səhvlər etdik. Bax , biz o zaman deyirdik bunlar səhvdir , dostduq , kaş dinləsəydiniz Ümid edirəm başqa səhv edilməz.
 
 Deyilir ki , bu hörümçək  toru  kimi ölkəni bürüyən paralel dövlət , öz dövlətimizə , ölkəmizə qarşı tələ  qurub onları iflicə uğratdı , indi onları bərtəraf edirik. Allah köməyiniz olsun, mən bunda bir  problem görmürəm. Əgər dövləti içdən içə yıxmaq istəyən paralel bir şəbəkə meydana gəlmişsə, bunların təmizlənməsi lazımdır ,yorulmayasınız.
 
 Amma bunu edərkən bə`zi insanlar da bu partiyanın iqtidarından su - i istifadə edərək sui-istifadələrə bulaşmışsa , bunu ört-basdır etmək,hayif  olar , ayıb olar. Bununla əlaqədar istintaqları edən dövlət orqanlarının rəhbərliklərini , müdürlərini dərhal vəzifədən almağı məncə doğru deyil. Ya da daha ədalətli birini tə`yin edin , millətin vicdanını rahatlaşdırın. Ədalətə olan e`timadını sarsmayın , hər kəs də cəzasını alsın.
 
 Günahsızların tutulmasını istəmirik biz , zərər çəkmiş olmasını , amma cinayət işləyənlər , yüzmilyardlarca dolları aşan korrupsiya edənlər , onlar da artıq ört-basdır edilməsin. Hörmətli cənab baş nazir onların babalıyla özünü çirklətməməlidir , ölkəmiz üçün xeyirli olmaz. Buraxsın , kim çirklənmiş isə əvəzini ödəsin və də gərəyi edilsin. O aşırılan,oğurlanan, istismar edilən yüzmilyardlarla ifadə edilən pullar da dövlətin xəzinəsinə qayıtsın . Şəxslərdən gəsp edilmişsə sahiblərinə geri verilsin . Sahibi mərhum deyil , namə`lum isə o da dövlətin xəzinəsinə təslim edilsin , millətin ehtiyaclarına  xərclənsin .
 
 Bunu edəcəksən , ondan sonra meydanlarda həqiqətən, hər kəs təqdirlə səni dinləyəcək , sənin arxanda olacaqdır. Amma bunu etməlisən. Paralel dövlət dediyin , şəbəkə dediyin kim varsa onları da təmizlə amma bu  çürük- çarıx  əli əyriləri də təmizlə. Burax ədalət işini görsün. Ədalətin , siyasətin əmrinə  girməsi də məncə  doğru deyildir. Qanunlar hüquqa uyğun edilməli , mühakimə də o qanunları tətbiq etməlidir. Məhkəməmiz,müstəntiqimiz  bir partiyanın nümayəndəsi olmamalı deyə düşünürəm , məhkəməmiz,müstəntiqimiz  qanunun nümayəndəsi olmalıdır. " Dedi.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.