Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Qars və İğdır Şəhərlərində Xocalı Konfransları Keçirilmişdir

Türkiyənin Qars və İğdır şəhərlərində Azərbaycan və Türkiyə parlamentlərinin deputatlarının, ictimaiyyətin nümayəndələrinin və siyasi partiyaların təmsilçilərinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı konfranslar keçirilmişdir. 

24 Şubat 2013
Qars və İğdır Şəhərlərində Xocalı Konfransları Keçirilmişdir

Qars şəhərində keçirilmiş konfransda çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etmişdir ki, Xocalı soyqırımından keçən 21 il ərzində Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Ermənilər və onların havadarları da bunu yaxşı anlayırlar. Bu gün bizim dövlət büdcəmiz 25 milyard dollar, Ermənistanın büdcəsi isə cəmi 2 milyard dollardır. Halbuki bizim dövlət təkcə təhsilə ildə 5 milyard dollar ayırır. Bütün bu faktlar göstərir ki, işğalçı siyasət Ermənistana regionda təcrid olunmaqla yanaşı, səfalət və gələcəyə inamsızlıq gətirmişdir.

Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Xocalı soyqırımının tanıdılması üçün iki qardaş ölkə - Türkiyə və Azərbaycanın səylərinin bəhrəsini verdiyini, bütün dünyada bu faciənin gündəmdə olduğunu vurğulamışdır.

Türkiyə parlamentinin deputatları Sinan Oğan və professor Yusuf Halaçoğlu erməni quldur dəstələrinin Anadolu və Azərbaycan torpaqlarında törətdikləri qətliamlardan bəhs etmişlər. Onlar vurğulamışlar ki, Xocalı soyqırımı Türkiyənin də faciəsidir. İki qardaş ölkənin xalqları Xocalı ilə yanaşı, İğdırda da 21 kəndin dinç əhalisinin, Vanda 50 min insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirilməsini də unutmamalıdırlar.

Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş konfransın təşkilatçılarına təşəkkürünü bildirmiş, qarslıların hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla andıqlarını bildirmişdir.

Xocalı soyqırımının ildönümü ilə bağlı daha bir konfrans İğdır şəhərində təşkil olunmuşdur.

Konfransda çıxış edən Milli Məclisin deputatları Qənirə Paşayeva və Aydın Mirzəzadə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı və digər qətliamlardan ətraflı bəhs etmiş, türkiyəli həmkarlarına bu məsələdə göstərdikləri səylərə görə təşəkkürlərini bildirmişlər. Onlar vurğulamışlar ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir və beynəlxalq ictimaiyyət bu qətliama hüquqi və siyasi qiymət verməlidir.

Türkiyə parlamentinin üzvləri Sinan Oğan və Yusuf Halaçoğlu, Türkiyə Təhsil İşçiləri Həmkarlar Konfederasiyası İğdır şöbəsinin sədri Əli Arslan Xocalı soyqırımı və digər qətliamların araşdırılması və dünyada tanıdılması üçün görülən işlərdən bəhs etmişlər. Natiqlər vurğulamışlar ki, tarixdə 18 imperiya qurmuş türk ulusu heç bir zaman irqçilik və soyqırımı törətməmişdir. Lakin Qərbin ikili standartlar siyasətini fürsət bilərək qondarma "soyqırımı" yalanları yayan ermənilər 518 min türkü qətlə yetirmişlər. Bu qətliamlar, xüsusilə Xocalı soyqırımı qurbanlarının ruhunun dinclik tapması üçün bütün türk dünyası əl-ələ verməli, dünyada erməni yalanlarını ifşa etməlidir.          

Qars və İğdır şəhərlərində keçirilmiş konfransların iştirakçıları Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə tanış olmuş, onlara "Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitabı təqdim edilmişdir.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.