APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda Türkiyə Cəfəriləri rəhbəri Şeyx Səlahəddin Özgündüz deyib.
O bildirib ki, dünya ictimaiyyəti İsraildə qeyri-yəhudilərə, Ermənistanda qeyri-ermənilərə, əsasən isə azərbaycanlılara qarşı törədilən cinayətləri müşahidə etməklə məşğuldur: “Ermənilər tərəfindən azərbaycanlıların diri-diri yandırılmasına, uşaqların öldürülməsinə, ana bətnindəki körpələrin süngülərə keçirilməsinə baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurası bu vəhşiliklərə reaksiya vermədi və bu gün də kifayət qədər etiraz bildirmir. Amma bu cür əməllər azərbaycanlı və ya fələstinlilər tərəfindən törədilsəydi, dünya birliyi onlara qarşı üsyan edərdi”.
S. Özgündüz bildirib ki, bu cür vəhşiliklərə qarşı layiqli reaksiyanın verilməsi vaxtı çatıb.
apa.az
20 Aralık 2012