Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

QMİ Türkiyənin Zeynebiye.com saytına hicabla bağlı açıqlama verib

Türkiyə Əhli-Beyt (ə) davamçılarının mərkəzi olan Zeynəbiyyənin saytı ?Zeynebiyye.com? Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə görüşüb. 

15 Ocak 2011
QMİ Türkiyənin Zeynebiye.com saytına hicabla bağlı açıqlama verib

QMİ-dən “Zeynebiye.com”-a verilən məlumatda bildirilir ki, QMİ sədri Şeyxulislam Allahşükür Paşazadə hicab qadağasının gündəmə gəldiyi ilk günlərdə açıqlama verərək, örtünmənin Quranda açıq-aşkar bidirildiyini, Allahın əmri olduğunu və bu qadağanın aradan qaldırılmalı olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, QMİ nümayəndələri problemlə bağlı vəziyyəti bu cür izah ediblər: “Təhsil Nazirliyi məktəblərdə vahid məktəbli forması tətbiq etmək istəyir. Biz isə onlara izah etməyə çalışırıq ki, vahid forma tətbiq oluna bilər, amma müəyyən yaşa çatmış qızlar İslami qaydalara görə, başını bağlamalıdır. Nazir hələ ki, dediyindən dönmür, amma Allahın izni ilə vəziyyət düzələcək”.

Saytda, həmçinin bir müddət öncə Hacı Allahşükür Paşazadənin “Örtünmək müzakirə mövzusu ola bilməz. Bu, Allahın əmridir və ona əməl etmək lazımdır” sözləri yer alıb. Bununla yanaşı, “Zeynebiye.com” ölkədə bir vaxtlar yaşanmış azan qadağası və məscidlərin sökülməsi problemlərilə bağlı Hacı Allahşükür Paşazadənin sərt mövqe göstərdiyini, bu işlərə qarışan yüksək vəzifəli dövlət məmurlarını xəbərdar etdiyini də vurğulayıb.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.