Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyə Cəfəriləri lideri İ.Əliyevə səsləndi

Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüz, Azərbaycandakı məktəblərdə başladılan hicab qadağasına münasibət bildirərək, Azərbaycan prezidenti İlham Əliyevdən problemin həll edilməsini istəyib. 

15 Ocak 2011
Türkiyə Cəfəriləri lideri İ.Əliyevə səsləndi

İslam-Azeri.az İnternet qəzetinin zeynebiye.com-a istinadən verdiyi xəbərə görə,
Özgündüz, Halqalı Zeynəbiyə Məscidində, minlərlə müsəlman qarşısında söylədiyi Cümə xütbəsində Azərbaycandakı hicab qadağasını dəyərləndirib.

Qanun çərçivəsində, ölkədə sabitliyi pozmayacaq şəkildə mübarizənin davam etdirilməsinin lazım olduğunu ifadə edən Özgündüz, bunları söylədi:

"Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsi oradakı insanları təhqir etmişdir. Bu vəziyyət, bizi də təhqir etməkdədir. Belə bir vəziyyətdə nə etmək lazımdı? Vətəndaş müharibəsimı lazım? Mən o fikirdə deyiləm. O zaman deyərlər ki, “əvvəl Qarabağınızı qurtarın, erməniylə döyüşün, sonra gəlin müsəlmanla döyüşün”. Əvvəl “vətəninizi qurtarın” deməzlərmi?

Amma reaksiyalar qanuni çərçivədə, fəsad çıxarmayacaq, ölkə birliyini pozmayacaq, daxili qarışıqlıq yaratmayacaq şəkildə davam etdirilməlidir; sonuna qədər yanlarındayıq.

Sevimli Azərbaycan Respublika başçısı İlham Əliyevin məscidlərin dağıdılması mövzusunda olduğu kimi məqbul bir qərar qəbul edəcəyini düşünürəm. Allah, Azərbaycanı düşmən işğalından qurtarsın, içəridə də fitnə və fəsaddan qorusun."

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.