APA-nın məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsinin müzakirəsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Ə.Həsənovun sözlərinə görə, bu vəsaitin 1,3 mlrd. dolları dövlət büdcəsinin, 850 mln. dolları Dövlət Neft Fondunun, 750 mln. dolları isə beynəlxalq təşkilatların payına düşüb. Ötən il Azərbaycanda bir məcburi köçkünün saxlanılmasına 738 dollar xərclənib ki, bu da dünyada ən yüksək göstəricidir.
Komitə sədri onu da vurğulayıb ki, 4 il əvvəl məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 74% olduğu halda, indi 25% təşkil edir.
Ə.Həsənov hazırda 46 rayondakı 262 orta məktəbdə 11 mindən artıq məcburi köçkünün yaşadığını qeyd edib. bu siyahıya ən Bərdə rayonu başçılıq edir. Hazırda Bərdədə 32 məktəbdə 850 məcburi köçkün ailəsi məskunlaşıb.
Ə.Həsənov onu da vurğulayıb ki, yataqxanalarda, fin qəsəbələrində, hərbi hissələrdə və orta məktəblərdə məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesi gedir.