Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Dinlərarası dialoq mövzusunda Bakı konfransının iştirakçıları dünyanı Qafqazda işğal altında qalmış abidələrə qarşı vandalizmi pisləməyə çağırıb

Noyabrın 6-7-də ?Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru? mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yekunları əsasında qətnamə qəbul edilib. 

12 Kasım 2009
Dinlərarası dialoq mövzusunda Bakı konfransının iştirakçıları dünyanı Qafqazda işğal altında qalmış abidələrə qarşı vandalizmi pisləməyə çağırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qətnamədə bildirilir ki, müasir dünyada dinlərarası əməkdaşlığa ehtiyac artmaqdadır: “Tolerantlığın ən kamil, mədəni və işgüzar ifadə forması olan dinlərarası dialoq Şərqlə Qərb arasında ən etibarlı ünsiyyət amilinə çevrilib. Konfrans iştirakçıları bu kontekstdə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusundakı beynəlxalq konfransın islam mədəniyyətinin paytaxtı, tolerantlıq örnəyi Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirlər. Biz - islam, xristian və iudaizm dinlərinin nümayəndələri, ayrı-ayrı sahələrində çalışan insanlar belə bir xoş məramın reallaşdırılması üçün bəşəriyyəti daim zənginləşdirən tolerantlıq mühitinin dünyada bərqərar olması fikrini uca tutmağı və gündəlik həyatımızda buna nail olmağı çox vacib məqsəd hesab edirik”.

Sənəddə deyilir ki, Cənubi Qafqazda yaranmış problemlərin həllində beynəlxalq birliyin köməyinə böyük ehtiyac var: “Biz beynəlxalq təşkilatları, o cümlədən ictimai-dini təsisatları, müxtəlif din və konfessiya mənsublarını bu problemlərin həllində mümkün olan bütün vasitələrdən istifadə etməyə çağırırıq. Konfrans iştirakçıları Azərbaycanın müxtəlif konfessiyalarla sıx əməkdaşlığını diqqətə çatdırmaqla yanaşı, onun dünya dövlətləri ilə də əlaqələrinin daim yüksəldiyini böyük məmnunluqla qeyd edirlər. Biz dünyanın müxtəlif elmi mərkəzlərinin həm ənənəvi dinşünaslıqla bağlı, həm də müasir dövrdə aktuallıq qazanmış xüsusi mövzular üzrə birgə tədqiqatların aparılmasını məqsədəuyğun hesab edirik. Konfrans iştirakçıları siyasi konyukturanı rədd edir və dünya ictimaiyyətini Qafqazda işğal altında qalmış qədim dini-tarixi, maddi-mədəniyyət abidələrinə qarşı törədilən vandalizmi qəti şəkildə pisləməyə çağırırlar”.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.