Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Qafqaz Müsəlmanları İdarəsi azan məsələsinə münasibət açıqladı

Azana məhdudiyyət qoyulması ilə bağlı dövlət tərəfindən hər hansı qərar verilməyib 

02 Kasım 2009
Qafqaz Müsəlmanları İdarəsi azan məsələsinə münasibət açıqladı

“Azana heç kəs qadağa qoymayıb. Bundan söhbət belə gedə bilməz”. Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, son günlər azanın qadağan olunması ilə bağlı cəmiyyətdə yaradılan ajiotaj həqiqətə uyğun deyil. Onun sözlərinə görə, azanın verilməsinə hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı dövlət tərəfindən heç bir rəsmi qərar verilməyib: “Sadəcə olaraq, bir neçə yerdə azanın nisbət aşağı səslə verilməsi ilə bağlı məsələ olub. İndi hər şey qaydasındadır. Əvvəllər necə olubsa, bundan sonra da elə olacaq”.

“Yalnız bir neçə yerdə məhdudiyyətlərin qoyulması ümumən azana qadağa kimi qiymətləndirilə bilməz”

“Məscidlərdə azan verilməsinə qadağalar qoyulması ətrafında yaradılan ajiotajlar əsasızdır. O baxımdan ki, çox adam bunu qabağa kimi qələmə versə də, biz bununla tamamilə razı deyilik. Ona görə ki, yalnız bir neçə yerdə məhdudiyyətlərin qoyulması ümumən azana qadağa kimi qiymətləndirilə bilməz”.

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova KİV-in azana qadağa qoyulması barədə yaydığı məlumatları Lent.az-a şərh edərkən deyib. QMİ-nin azan verilməsinə qadağa və məhdudiyyətlərlə bağlı hansısa araşdırma aparıb-aparmadığına gəlincə, idarə sözçüsü bunları bildirib: “Bununla bağlı rəhbərlik lazım bilərsə, açıqlama verər. Sadəcə onu deyə bilərik ki, dövlət tərəfindən qoyulan hər hansı qadağadan söhbət gedə bilməz. Çünki bizə bununla bağlı heç bir şey daxil olmayıb. Bu baxımdan da məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac görmürük”.

Xatırladaq ki, noyabrın 1-dən Bakı və Gəncə şəhərlərində bir neçə məsciddə azanın səsləndirilməsinə məhdudiyyətlər qoyulub. Bəzi məscidlərdə azan əvvəlkindən aşağı səslə verilib. Bəzi ibadət ocaqlarında isə azan, ümumiyyətlə səsləndirilməyib.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.