Ermənistan-Türkiyə dialoqu qondarma erməni soyıqırımı məsələsində Ermənistanın mövqeyini zəiflətməyəcək. Bu sözləri jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib. “Ermənistan öz mövqeyini zəiflətməyəcək. Diaspora və lobbiçi şirkətlər də buna yol verməməlidir” – deyə nazir müavini qeyd edib.
Koçaryanın sözlərinə görə, "soyqırımın" beynəlxalq aləmdə tanınması Ermənistan-Türkiyə münasibətlərindən asılı deyil. “Soyqırımı tanıyan dövlətlər əvvəla, öz maraqlarına görə, sonra isə, insan haqqları, soyqırımın qarşısının alınması kimi ümumbəşəri humanitar yanaşmalarla idarə olunurlar. Ermənistan-Türkiyə dialoqundan ümumbəşəri dəyərlər ziyan çəkmir”, – deyə xarici siyasət idarəsinin rəhbərinin müavini qeyd edib.
10 Ekim 2009