Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyənin baş naziri R.Ərdoğan: ?Azərbaycan parlamentində verdiyim bəyanatın arxasındayam?

Azərbaycan və Ermənistan arasında mövcud problemdə biz əsla Azərbaycanı pərişan edəcək, onu çətin vəziyyət salacaq hər hansı hərəkətin və qərarın içində olmayacağıq." 

10 Ekim 2009
Türkiyənin baş naziri R.Ərdoğan: ?Azərbaycan parlamentində verdiyim bəyanatın arxasındayam?

Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 9-da Kişinyovda görüşdüklərini qeyd edən baş nazir həmin görüşdə alınan qərarların əhəmiyyətini diqqətə çatdırıb.

Ərdoğan Türkiyənin Azərbaycanla heç bir probleminin olmadığını vurğulayıb: “Oktyabrın 10-da Türkiyə ilə Ermənistan protokolları imzalayır. İmzalanma mərasimində Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr də iştirak edəcək, şahid olacaqlar. Ümid edirik ki, bu, prosesə müsbət təsir göstərəcək, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına öz töhfəsini verəcək. Bu məsələdə ən əsası odur ki, biz Azərbaycanı pərişan edəcək, onu çətin duruma salacaq hər hansı hərəkətin, qərarın içində yer almayacağıq. Zatən mən bunu Azərbaycan parlamentində də bəyan etmişəm. Bu gün orada dediklərimdən heç nə dəyişməyib, həmin bəyanatın arxasındayam”.

Baş nazir Ermənistanın diaspor kimi ciddi probleminin odluğunu vurğulayıb: “İnanıram ki, Ermənistan rəhbərliyi bu məsələdə mövqeyini, iradəsini ortaya qoyarsa, məsələni həll edər. Türkiyənin belə bir problemi yoxdur. Biz mövqeyimizi və iradəmizi tam ortaya qoyur, bu iradəylə də addımlarımızı atırıq.”

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.