Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüz: Türk Milləti Amerikaya yox dedi

Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Halkalı Zeynəbiyə məscidində qılınan Cümə Namazında minlərlə adama səslənərək mövcud siyasi vəziyyət barəsində fikirlərini bildirdi. 

05 Nisan 2014
Özgündüz: Türk Milləti Amerikaya yox dedi

Seçki günü axşam sizlərə mövcud vəziyyəti bir təhlil etdim, bu gündə o sözümün arxasındayam , sabah da o sözümün arxasında dayanacağam. Biz , dünya ne`mətləri ilə , əqidəmiz arasında , mövqe , mal , mülk ilə Əhli-Beytin əqidəsi altında dayanma arasındakı seçim qərarını , biz Əhli-Beytin yolunu , bütün dünyanın malı , mülkü və səltənət hərisliyi ilə dəyişmərik.

Nəticə nə olursa olsun, bizim gözümüzdə dəyişən bir şey yoxdur. Seçkidə əvvəl nə idisə , bu gündə odur. Kim qalib gəlirsə, gəlsin bizim üçün dəyişən bir şey olmazdı. Bəlkə dünyəvi bir sıra rahatlamalarımız ola bilərdi , amma onsuz da biz əzəldən bəri seçimimizi əqidədən və Qurandan tərəf, düzgün xarakter olmaqdan tərəf etdik , ona görə də nəticələrlə çox da maraqlanmırıq. Bütün hərəkətlərimizdə biz insani , İslami əməlimizi , vəzifəmizi etmək məcburiyyətindəyik , nəticəyi tə`yin edən Allahdır , nəticə ilə maraqlanmırıq, çünki nəticə Onun əlindədir.

Biz bə`zi şeyləri xeyirli sanarkən, halbuki o şər ola bilər, ya da şər sandığımız da xeyirli ola bilər , bu səbəblə kimsə bu nəticələrdən xeyirinə və ya zərərinə bir pay çıxartmasın bu mə`nada , nəticəyi təyin edən biz deyilik.

Mənə görə , seçki əvvəlində çıxan qarğaşa və digər mə`lumatlar , dünyanın harasında olsa o hökumət süqut edərdi, amma Türk milləti elə etmədi , kiçik bir xəbərdarlıq verdi , 4-5 ballıq bir xəbərdarlıq verdi , amma xaricə isə bunu dedi , Amerika xətti çəkdi deyənlərə Amerika xətt çəkə bilməz dedi , çəkiləcək bər xətt varsa, mən çəkərəm , dedi. Amerika get dedi gedəcək , gel dedi gələcək anlayışını Türk milləti özünə layiq görmədi, həzm edə bilmədilər deyə düşünürəm.

Seçkilərin ölkəmizə xeyirli işlərə vəsilə olmasını diləyir , qalib gələnləri təbrik edirəm. Cəmiyyətiməzdən seçilən məclis üzvlərini də təbrik edirəm və ümid edirəm ki , cəmiyyətlərinə arxalarını dönməzlər , cəmiyyətləri üçün çalışarlar. Seçkinin nəticələri nə olursa olsun , bizim haqqlarımızı əlimizdən kimsə ala bilməz , bu cəmiyyətin haqqını kimsə yeyə bilməz.

Allah ölkəmizin müstəqilliyini təhlükəyə salmasın , ərazi bütövlüyünü və milli birliyini pozmasın , kimin hakimiyyətdə olduğu bizim üçün əhəmiyyətli deyil.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.