Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Tahtakale Zeynəb-i Kubra Məscidi açıldı (Foto)

İstanbul Tahtakaledəki Zeynəb-i Kubra Məscidi açılış mərasiminə Əhli-Beyt dostları böyük maraq göstərdi. 

26 Mart 2014
Tahtakale Zeynəb-i Kubra Məscidi açıldı (Foto)

23 Mart Bazar günü günorta namazının ardından həyata keçirilən açılış mərasiminə Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , MHP İstanbul Millət vəkili Atilla Kaya , MHP Küçükçekmece Bələdiyyə Başçı Namizədi Məhərrəm Yıldız , CABİR Qurucu sədri Ş. Həmid Turan , CABİR Başçısı Ş. Həsən Karabulut , CABİR Baş katibi Musa Ayaztekin , Əbu Talib Məscidi İmamı Ş. Əli Salmanlı , Rəsuli Əkrəm Məscidi İmamı Şirəlı Bayat , Əbu Talib Məscidi İmamı Ş. Hüseyn Çaça , Berlin İmam Əli Məscidi İmamı Məhəmməd Mücahidi , Hz. Ebulfazl Abbas Məscidi İmamı Ş. Ziya Gök , Şahintepe İmam Rza Məscidi İmamı Ş. Məhəmməd Karaduman , Esenyurt Allahu Əkbər Məscidi İmamı Ş. Yaqub Yaşar , Esenyurt İmam Həsən Məscidi İmamı Turqut Beyhan , Arnavutköy Hz. Fatımatuz Zəhra Məscidi İmamı Ş. Ammar İlter , Ş. Həsən Yazar , Hz. Əli Əkbər Məscidi İmamı Rəsul Nur , Ş. Əli Turan , Ş. Yunus Gürel , Zeynel Abidin Məscidi İmamı Ş. Zeynəl Abidin Solhan , Ş. Cavad Gök və İstanbulun müxtəlif bölgələrindən Əhli-Beyt alimləri , dərnək başçısı ilə çox sayda Əhli-Beyt dostu iştirak etdi.
 
Ş. Məhəmməd Karadumanın Quran - ı Kərim tilavətiylə başlayan proqramda , ev sahibi Tahtakale Zeynəb - i Kubra Məscidi İmamı Əli Koç, iştirakçıları salamlayaraq xoş gəlmisiniz çıxışı etdi. Karadumanın ardından, protokolun da iştirakı ilə alimlər Fərəc Duası müşayəti ilə açılış lentini  kəsdilər.
 
Açılış lentinin kəsilməsinin ardından Zeynəb - i Kubra Məscidi Dərnək Başçısı Erol Aydeniz kürsüyə də`vət edilərək xoş gəlmisiniz çıxışı etdi. Aydeniz: "Rəhmətlik Ş. Furuddin Ağanın məscidimiz ilə əlaqədar xahişi vardı. Özləri bizləri səyə gətirdi. Bizlər də gecəmizi gündüzümüzə qataraq çalışaraq məscidimizi ibadətə açdıq." dedi.
 
Aydenizin sonrasında ev sahibi Zeynəb - i Kubra Məscidi İmamı Ş. Ehed Solhan xoş gəlmisiniz çıxışı edərək "Bu gün burada bu məscidi ibadətə aça bilməmiz və burada məscidin açılışında iştirak edə bilmək,  bu din və bu inanc asanlıqla bu günlərə çatmadı. Qiymətli alimlərimizə çox təşəkkür edirəm. Məscidimizin əməkdarı, mərhum H. Ş. Furuddin Ağaya Allah rəhmət etsin. " dedi.
 
Solhanın danışmasının ardından , Ş. Əli Turanın kürsüyə də`vət edilərək oxuduğu " Hz. Zeynəb və Ya Eba Saleh" adlı ilahiləri bütün iştirakçılar bərabər  səsləndirdilər.
 
Turanın sonrasında MHP İstanbul Millət vəkili Atilla Kaya salamlama çıxışı ilə birlikdə " Hz. Zeynəb - i Kubra Məscidinin açılışı ilə birlikdə burada edilən dualar və qılınan namazların millətimiz üçün xeyrlərə vəsilə olmasını təmənna edirəm." dedi.
 
Qayanın sonrasında CABİR Qurucu sədri Ş. Həmid Turan salamlama çıxışının ardından "Hz. Zeynəbin hörmətli duasının xatiriylə biz bu gün bu nöqtəyə gəldik. " dedi. Turan, çıxışının sonrasında Əhli-Beyt dostlarını Zeynəb - i Kubra Məscidi üçün pul nəziri toplamağa dəvət etdi.
 
Toplanan nəzirlərin ardından Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , "Allah Zeynəb - i Kubra Məscidinin camaatını bol və bir etsin. Şiə ölkəmizin baş gülüdür . Həyasızca, dağdan gələnin bağdakini qovma səyi boş səydir . Biz Peyğəmbərimizin sözünə baxırıq. Peyğəmbərimiz buyurdu ki , Əli Haqq ilə, Haqq Əli ilədir. Yer üzünün, kainatın ən xeyirliləri Əli və Əli Şiələridir. Ən xeyirsizləri də onların qarşısında olanlardır. Bizlər Onun ümmətiyik. Əli və Şiəsi Quranın şəhadəti ilə xeyiri təmsil edir . Biz o gündən bu günə xeyiri təmsil edən tərəfik . Bizə dil uzadanlar bizim qarşımızda olanlar zalımlar , diktatorlar, əliəyrilər və oğrular olmuşdur. Amma bu bizim zalımlarla mübarizə əzmimizi əlimizdən ala bilməzlər. Bizim varlıq səbəbimiz budur. " dedi. Özgündüzə çıxışının ardından lövhə təqdim edildi.
 
Lövhə təqdimindən sonra Ş. Həsən Karabulut , təşəkkür  çıxışının ardından " 35 il əvvəl burada qiymətli Liderimiz Səlahəddin Özgündüz, və onun yanında olan Ş. Həmid Turan , rəhmətlik Ş. Furuddin Koç , Ş. Şirəli Bayat və digər alimlərin , bəsirətli cəmiyyətin dəstəyi ilə məscidlər quruldu. Niyə? Biz Peyğəmbərimizi anlayırıq , Əlisiz din olmaz , Əlisiz Quran olmaz , Əlisiz ümmət olmaz , Əlisiz cənnət olmaz, demək üçün." dedi.
 
Açılış mərasimi , lövhə təqdimi və çəkilən xatirə fotoşəkilləriylə sona çatdı. 
 
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.