Bu Novruz, Azərbaycanlı tələbələrin sevinci ikiqat artdı. İllərdir bir-birindən mə`nalı və rəğbət toplayan fəaliyyətlərə imza atan Zəhra Ana Dərnəyi bunlara bir yenisini daha əlavə etdi.
Dərnək, himayəsində fəaliyyət göstərən Azərbaycan Məktəbinin tələbələrinə bayram paltarı hədiyyə etdi. Dərnək rəhbərləri və müəllimləri nəzarətində bir geyim firmasının satış mağazasında istədiklərini alan uşaqların kefinə deyəcək yox idi.
Hadisə haqqında Zeynebiye.com -a danışan Azərbaycan Məktəbi müdiri Sərdar Koca , önümüzdəki aylarda da tələbələri sevindirəcək fəaliyyət planları olduğunu ifadə edərək, bunları söylədi:
"Uşaqlarımız həqiqətən hər şeyin ən gözəlini haqq edir. Dekabr ayında teatr tamaşasına getdik , şagirdlərimiz ilk dəfə teatra getmiş oldular. Yanvar ayında Azerbaycanımızın şəhidlər gününü geyd etdik. Fevralın ilk həftəsində Milli Qəhrəmanımız Mübarizin ad gününü qeyd etdik. Fevral ayının sonunda isə Xocalı 'nın il dönümündə şəhidlərimizi yad etdik.
Bu müddət ərzində Zeynəbiyə İctimaiyyəti bizə böyük dəstək verdi. Sağlamlıq yoxlamalarımızı reallaşdıran və uşaqlarımızın tibbi tələbləri üçün bizlərə köməkçi olan MediZeyn qrupuna təşəkkür edirik. Önümüzdəki həftələrdə da İFA Sportumuzun ictimai komplekslərindən şagirdlərimiz pulsuz istifadə edəcəklər. Sağ olsun İFA Sporun başçısı-Mehdi Şeren bunun sözünü verdi.
Bu gün yenə mə`nalı bir fəaliyyətlə xeyriyyəçi insanlarımız uşaqlarımızın bayram sevincinə töhfə etmiş oldu. Bu vəsilə ilə onlara təşəkkür edir və hər kəsin Novruz Bayramını təbrik edirəm. "