Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Kosovodan Zehra Anaya Ziyarət (Foto)

Kosovo Prishtinada olan NİSA Qadın Təşkilatı Başçısı İkballe Berihsa Hüdudi Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyini ziyarət etdi. 

20 Mart 2014
Kosovodan Zehra Anaya Ziyarət (Foto)

17 Mart Bazar ertəsi günü Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyi mərkəzində reallaşan səfərdə müxtəlif mövzular haqqında fikir mübadiləsi edildi
 
Həyat yoldaşı Aslan Hüdudi ilə birlikdə Zəhra Ana Dərnəyini ziyarətə gələn Nisa Qadın Təşkilatı Başçısı İkballe Berisha Hüdudi , Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyi Başçısı Meftune Atam və dərnək əməkdaşları tərəfindən qarşılandı.
 
Atam ilə etdikləri görüşdə Zəhra Ana Dərnəyinin fəaliyyəti haqqında mə`lumat aldı və NİSA Qadın Təşkilatı quruluş müddətini, fəaliyyətlərini təqdim edərək dərnək adına təqdimat etdi.
 
Birlikdə çalışmaqdan mə`mnuniyyət duyacaqlarını ifadə edən Hüdudi , Zəhra Ana Dərnəyini tanımaqdan duyduğu xoşbəxtliyi dilə gətirdi.
 
Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyində reallaşan görüşün ardından CAFERİ-DER Zeynəbiyə Məscidi axundu Ş. Həmid Turan ilə CABİR Baş katibi Musa Ayaztekin İkballe Berisha Hüdudiyi qarşıladılar.
 
Görüşdə Zeynəbiynin tarixindən bəhs edən Turan , dərnəklərinə kömək əli uzada biləcəklərini  vurğuladı.
 
CAFERİ-DER-dəki görüşün sonrasında Zeynəbiyə TV-yə ziyarət reallaşdıran qonaq heyəti Zeynəbiyə Media Sorumlusu Qasım Alcan tərəfindən qarşılanaraq , Zeynəbiyə Tv tanıdıldı.
 
2006 -ci ildən bəri "Gözləyən gözlərə bir ümid də sən ol! " şüarıyla işlərini davam etdirən Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyi , reallaşdırdığı beynəlxalq səviyyədə kömək təşkilatları və fəaliyyətlərlə hər kəsin təqdirini qazqnır.
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.