Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

CABİR: Başnazirdən Üzr Gözləyirik (Foto)

Baş nazir Ərdoğanın 12.03.2014 tarixində Kanal 24-də iştirak etdiyi proqramda Şiə əleyhinə etdiyi üzdəniraq, əsassız şərhlərə əlaqəli reaksiyalar uçqun kimi böyüyərkən Dünya Cafəri Alimlər Birliyi (CABİR ) bu gün Halkalıda bir mətbuat konfransı təşkil edərək reaksiyasını bildirdi. 

15 Mart 2014
CABİR: Başnazirdən Üzr Gözləyirik (Foto)

Zeynəbiyə məscidində qılınan Cümə namazının ardından yüzlərlə insan Ərdoğanın bu çıxışına e`tiraz etdi. E`tirazçılar " Ələvi- Şiə-Sünni qardaştır , Vahabilər satqındır! " şüarları atdı. Ayrıseçkiyə,bölücülüyə,qarışıqlığa e`tiraz!" yazılı plakatlar daşıdı.
 
Nümayişin ardından Zeynəbiyə Mədəniyyət Salonunda edilən mətbuat konfransına keçildi. Yığıncağa Dünya Cafəri Alimlər Birliyi Başçısı və CABİR üzvləri , Caferider sədri Av. Sinan Kılıç ,sədr köməkçisi Niyazi Şeren , qeyri-hökumət təşkilatlarının nümayəndələri qatıldı. Yığıncadaa yerli və xarici mətbuat nümayəndələri  də iştirak etdi.
 
 Mətbuat konfransında ilk şərhi CABİR Başçısı H.Ş. Həsən Karabulut etdi. Ardından Caferider –in sədri Av. Sinan Kılıç Caferider adına ictimaiyətə səsləndi.
 
Dünya Cafəri Alimlər Birliyi Başçısı H.Ş. Həsən Karabulut aşağıdakı bəyanatı oxudu:
 
Bismilləhirrahmənirrahim
 
 "Xalqa mərhəmətlə rəftarı özünə adət et. Onları sevməyi , onlara lütf etməyi xasiyyətinə işlə.Onlara qarşı onların malını qənimət bilən yırtıcı bir canavara çevrilmə. Çünki xalq iki sinifdir. Bir qisimi sənə dində qardaş , o biri qisimi yaradılışda yoldaşdır. " (Hz. Əli Nəhcül - Belağa )
 
"İnsan , bilmədiyi şeyin düşmənidir. " Hz. İmam Əli ( as )
 
 Ölkəmizin və millətimizin hər zamankindən daha çox birliyə ehtiyac duyduğu bir dövrdə , bu birliyi hər kəsdən daha həssaslıqla qoruması lazım olan Baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğan , bir televiziya kanalına verdiyi müsahibədə sərf etdiyi sözlərlə Şiyə ( Cafəri ) ictimaiyyətinin ürəyini ağrıtdı.
 
Hər keçən gün Baş nazirimiz dozası getdikcə artan nifrət ifadələrinin son halqasını meydana gətirən bu bəyanatı , özlərinə adət edərək , din qardaşlarımız olan Əhl - i Sünnə ictimaiyyətini bu vəziyyətdən müstəsna tuturuq.
 
 Budur , Baş nazir Ərdoğanın 12.03.2014 tarixində Kanal 24-də iştirak etdiyi proqramda,Şiyə əleyhinə etdiyi bədnam şərhləri.Ərdoğan , 17 Deakbırın ardından yaşanan hadisələrdən sonra bəzi təsbitlər etdiklərini ifadə edərək : "-Bunların bir dəfə üç dənə əhəmiyyətli xüsusiyyəti var. Bunlarda taqiyyə var, bunlarda yalan var, bunlarda böhtan var. Üçünün nəticəsi fitnə var, fəsad var. Yə`ni belə çox rahat taqiyyə edirlər. Şiyəni zadı keçmiş vəziyyətdədirlər. Şiyə , bunların əlinə su tökə bilməz.O cür hədlərini aşıblar. Yalançılıq da həmçinin . Biz onlara,əşşi bunlar yalan söyləyəcək insanlar deyil,dedik. Amma indi ağızıyla quş tutsa bitdi bu iş. O biri tərəfdə böhtan da var . Biz indi artıq, təbii bu işlər bitdi. İndi həmd olsun bu cür bir şeyi təsbit etmək , dəlilləndirməyə , bunların ortaya çıxması, bundan sonrakı atacağımız addımlarda inanıram ki, çox daha sürətlə bir nəticəyə çatdırılacaq "deyə bildirmişdir. 
 
Şiyə Kimdir : Şiyə , Ərəbcə bir söz olub , həm Quran - ı Kərimdə , həm də Hz. Peyğəmbər ( sav)-in hədislərində istifadə olub tərəfdar və tabe olan mə`nasında istifadə edilmişdir.
 
Qur`anda:" Həqiqətən, İbrahim də onun Şiyələrındən idi. " ( Saffat/83 )
 
" Musa xalqın xəbərsiz olduğu bir sırada şəhərə girdi. Orada biri öz Şiyəsındən , digəri düşməni tərəfindən ; döyüş edən iki adam gördü ... " ( Qəsəs/15 )
 
 Hədisdə: Şübhəsiz , iman gətirib , saleh əməllər işləyənlər ki var,bax onlar yaradılmışların ən xeyirlisidirlər. (Beyyinə / 7 )
 
 Bu Ayənin təfsirində yer alan rəvayətə görə , Hz. Peyğəmbər ( s.a.v) dən ayədə bəhs edilən " yaradılanların ən xeyirlisidirlər " ' dən kimlərin nəzərdə tutulduğu soruşulduğunda;"Onlar Əli və onun Şiyəsidir " cavabını verdi.
 
 Hədis , Əhli Sünnə alimlərindən , İbni Teymiyyənin deyimiylə;" xalqın əlindəki təfsirlər arasında içində bidətlərə və e`tibarsız kəslərin sözünə yer verilməyən ən səhih təfsir olan Tabəri Təfsirində mövcuddur.
 
 Eyni qaynaqda , bir başqa hədisdə isə Hz. Peyğəmbər ( s.ə.v.) belə buyurmaqdadır: "Ey Əli! Sən və sənin Şiyələrin cənnətdə olacaqsınız. "
 
Bir başqa hədisdə isə " Ya Əli! Qiyamət günü qurtuluşa çatanlar sən və sənin şiələrindir . " Buyurulmaqdadır.
 
 Peyğəmbərimizin , o günkü şərhindən günümüzə qədər Hz. İmam Əli ( əleyhissalam) a uyğun gələn və onu tə`qib edənlərə " ŞİYƏ " deyilmiştir. Bu mə`nada Şiyənin ölçüsünü və xarakterik şəxsiyyətini Hz. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) əfəndimiz açıqlamışdır. Bu mə`nada , Hz. Peyğəmbər və Əhli -Beytini təqib edən və İslamı buna görə yaşayan hər kəs Şiyədir .
 
 Buradan aydın olacağı üzrə , hörmətli Baş nazir bu talehsiz bəyanı həm Kitabdan,həm də sünnədən xəbərsiz olduğunu ortaya qoyaraq,Quran və sünnəyə zidd bir çıxış etmişdir.
 
 Baş nazir Ərdoğan , uzun illərcə birlikdə olub , son zamanlarda problem yaşadığı əhatəyə reaksiya göstərərkən , Şiyə üzərindən bənzətmə edərək separatçı , ayrı-seçkilik , ayrıştırıcı , başqalaşdırıcı,alçaldıcı , kin və nifrət ehtiva edən sözlər sərf etmişdir. Halbuki Baş nazirin vəzifəsi , bütün vətəndaşların maddi və mə`nəvi hüququnu qoruyaraq ölkədə ədaləti , dincliyi , e`tibarı və milli birliyi tə`sis və tə`min etməkdir.
 
Hörmətli Baş nazirin həssaslıqda və olduğu mövqenin məsuliyyətindən çox uzaq bu şərhini böyük bir təəssüf və üzüntü ilə qarşılayır , özünü də insafa və ədalətə də`vət edirik.
 
Baş nazirimizin bu səhfini  bir an əvvəl düzəldərək, ölkəmizin ən çox möhtac olduğu birliyimizi tə`mir etməsi və ictimaiyyətimizin könlündə açdığı dərin yaraya dərman  kimi Şiyə ictimaiyyətindən üzr istəmə bacarığını göstərməsini gözləyirik.
 
 Nə hikmətsə , son zamanlarda həm Baş nazir və onun ətrafı tərəfindən, həm də " paralel " deyə xarakterizə etdiyi mövqelər tərəfindən Şiyə üzərində bir qaralama , təhdid və təqib- dinləmə kampaniyası həyata keçirilir.
 
Bir gün , paralelçilər Şyiənin inancını beynəlxalq sempozyumla ən iyrənc şəkildə təqdim edərkən , bir başqa gün ölkənin Baş naziri Şiyənin Qur`ana , Əhli-Beytə və Sünnəyə söykənən inancını yerdən yerə vurmaqdadır .
 
 Bütün bunlara baxmayaraq Şiyələr "fitnə və fəsad " deyil , İmam Baqir (ə.s - ın " Bizim Siyəmiz qonşuları üçün bərəkət , içində yaşadıqları cəmiyyət üçün sülh ünsürüdürlər " tə`limi şüur və mə`suliyyətiylə hərəkət etməyi davam etdirməkdədirlər.
 
 Allah ölkə bütövlüyümüzü və milli birliyimizi nadan dostların və şeytan düşmənlərin şərindən qorusun. 
 
 İctimaiyyətə Hörmətlə .
 
Dünya Cafəri Alimlər Birliyi (CABİR)
 
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.