Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğanın “Kanal 24”də qatıldığı proqramda şiəlik əleyhinə etdiyi çıxışa reaksiyalar artaraq davam edir. AZADİNFORM xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Cəfərilik İnancını Tanıtma, Araşdırma və Təhsil Dərnəyi (Caferider) ictimaiyyətə açıqlama yayıb:
“Bir xüsusi TV proqramında Baş nazir R.T.Ərdoğan bildirib ki, bunların (“Gülən Camaatı”) 3 dənə əhəmiyyətli xüsusiyyəti var: “Təqiyyə, yalan, böhtan. Üçünün nəticəsində fitnə, fəsad var, bunlar şiəni keçmiş vəziyyətdədir. Şiə bunların əlinə su tökə bilməz”.
Təqiyyə, yalan və böhtanın nəticəsi olan fitnə və fəsad günahlandırması söz mövzusu camaata yüklənərkən şiənin bənzər, müqayisə və dəlil olaraq göstərilməsi, hətta şiənin daha irəlidə olduğunun ifadə edilməsi dünyada sayı 800 milyon, ölkəmizdə 3 milyon olan şiə/cəfəri mənsublarına edilmiş açıq bir alçaltma və təhqirdir.
Bir sıra kəslər tərəfindən eyni söz və düşüncələrin ifadə edildiyi mətbu nəşr orqanlarından götürmələrin Ədalət və İnkişaf Partiyasının rəsmi veb-səhifəsində yerləşdirilməsi bu yanaşmanın fərdi deyil, partiya səviyyəsində qəbul edilməsi anlamına gəlir.
Cəfərilik İnancını Tanıtma, Araşdırma və Təhsil Dərnəyi bir ölkənin Baş nazirinin bütün vətəndaşların inanclarına bərabər məsafədə olmasına inanmaqdadır. Xalqı kin və düşmənliyə təhrik və ya alçaltma Türkiyə Cəza Qanununun 216-cı maddəsində açıqca cinayət olaraq ifadə edilib.
Bölgəmizdə və ölkəmizdə məzhəb qarşıdurması çıxarma və bu əhatədə Cəfəriləri istifadə etmə arzusu hansı adam, təşkilat, quruluş və ya mərkəzdən gəlirsə gəlsin, tarix boyunca "Saray islamı" tərəfindən yalan və böhtana məruz qalıb, "Dövlət islamı" tərəfindən təzyiq və zülm görmüş Türkiyə cəfəriləri hər vaxt olduğu kimi ölkəsinin və millətinin birlik və birliyindən uzaqlaşmayacaq.
Bu düşüncələrlə Baş nazir R.T.Ərdoğanın bir mətbuat və nəşr orqanı vasitəsi ilə şiə inanc mənsublarına istiqamətli təhqir və alçaltma ehtiva edən sözlərindən dolayı Cəfəri inanc mənsublarından üzr istənilməsi lazım olduğunu ictimaiyyətə bəyan edirik”.