Tahtakalede olan və 1999-ci ildəki zəlzələdə aldığı ziyandan ötəri illərdir inşaatı davam edən Zeynəb - i Kubra Məscidinin idarə heyəti və məscidinin tikintisi ilə maraqlanan məscidin dərnək rəhbərliyi diqqətəlayiq bir iş həyata keçirtdiklərini ifadə etdilər.
Məscid inşaatında əmək sərf edən, məscid dərnək rəhbərliyi , məscidə maddi olaraq kömək edən möminlərin sayəsində Hz. Zeynəbin ( sa ) doğum gününə qədər proyekti bitirərək ibadətə hazır hala gətirməyi hədəflədiklərini dilə gətirdilər.
CABİR alimlərindən Tahtakale Məscidi İmamı Ş. Ali Koç :"9 Martda qeyd olunacaq olan Hz.Zeynəbin(sa) ad günündə mömin qardaşlarımızın iştirakı ilə məscidimizi ibadətə açacağıq inşallah." dedi.
Tahtakale Məscidi Dərnək Başçısı Erol Aydeniz "Hz. Zeynəbin ( sa ) doğum gününə yetişdirmək üzrə gecə -gündüz dərnək rəhbərliyi olaraq bütün vaxtımızı məscidimizin inşasına ayırırıq. Bütün Əhli-beyt sevənləri doğum gününə və açılışımıza dəvət edirik." dedi.
Ş. Ali Koç və Tahtakale Məscidi Dərnək Başçısı Erol Aydeniz ən qısa zamanda məscidinin bitirilməsi üçün möminlərin maddi dəstəklərini gözlədiklərini bildiridi.
Kömək və Dəstək üçün əlaqə nömrələri :
+90 538 844 72 24
+90 507 312 67 99