Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Parsellərdə Mübarək Doğum Coşğusu

İslam peyğəmbəri Hz. Məhəmməd (s) və onun nəvəsi , İslam fiqhinin atası İmam Cafər - i Sadiqin ( as ) müqəddəs doğum günləri , Hz. Peyğəmbərin (s) adıyla Parseller Hz. Rəsul - i Əkrəm (s) məscidində yad edildi. 

29 Ocak 2014
Parsellərdə Mübarək Doğum Coşğusu

26 Yanvar bazar günü reallaşan mərasimdə İstanbulun müxtəlif bölgələrindən gələn , proqrama böyük maraq göstərən Əhlibeyt dostlarıyla Rəsul - i Əkrəm məscidi doldu.
 
Təbrik  mərasiminə , başda Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , İkitelli Hz. Əbu Talib Məscidi İmamı Ş. Əli Salman , Cabir alimlərindən Ş. İsa Salmanlı , Əli Əkbər Məscidi İmamı Ş. Rəsul Nur , Rəsul - i Əkrəm Məscidi İmamı Şirəli Bayat , Əl Mustafa Universiteti Türkiyə Müdiri Dr. Rəsul Abdullahi , Şah Xətayi Dərnək Başçısı Turan Güner , Adv . Asim Güngör ilə yüzlərlə Ehlibeyt aşiqi qatıldı.
 
Qılınan günorta namazının ardından , aparıcılığını Məhəmməd Atışın etdiyi program Ş. Rəsul Nurun Quran - ı Kərim tilavətiylə başladı.
 
Quran - ı Kərim oxunmasının ardından , Rəsul - i Əkrəm Məscidi İmamı Ş. Şirəli Bayat kürsüyə dəvət edilərək , xoş gəlmisiniz çıxışı etdi. Bayat , "Şübhəsiz bizi bir buraya gətirən , Peyğəmbərimiz və Ehlibeytinin sevgisi və məhəbbətidir . Peyğəmbərin yaradılışı aləmlər üçün rəhmətdir. Bu səbəbdən kainatın , yaradılışın hikməti , səbəbi Peyğəmbərin mübarək varlığıdır. Həmişə birlikdə bütün ümmət olaraq , Peyğəmbərin dostları olaraq bu günlərdə birlikdə toplanaraq, peyğəmbəri anlamağa və onun mesajını almağa çalışırıq. " dedi.
 
 Bayatın ardından Məhəmməd Mücahid Alçiçek kürsüyə də`vət edilərək oxuduğu " Ya Rəsulullah " adlı ilahi ilə Əhlibeyt aşiqlərinə  həzin  anlar yaşatdı.
 
Alçiçəyin ardından Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz günün mə`na və əhəmiyyətinə bağlı çixişinda, "Allah hər kəsə Peyğəmbərin viladətini qeyd etməyi nəsib etsin." deyərək başladı , ardından yaradılış məqsədini və insan -nəfs əlaqəsini açıqladı. Özgündüz , Şiə olmanın gərəklərini açıqladığı çıxışında "Biz Peyğəmbərin muhibləriyik. O ayağını hara koymuşsa bizlər onun izinə basanlarıq . Allah bu eşqi əlimizdən almasın . Allah bu dünyada nəyimiz varsa alsın amma , içimizdəki Məhəmməd və Əhlibeytinin eşqini almasın." dedi.
 
 Özgündüzün çıxışının  ardından , Əhlibeyt meddahlarından Ercan Atam oxuduğu həzin nəğmələrlə  könülləri riqqətə gətirdi .
 
 Atamın ardından çəkilən xatirə fotoşəkilləri ilə Əhlibeyt aşiqləri bu müqəddəs gündə Əhlibeytin sevincini bölüşmənin  sevinci və  xoşbəxtliyi ilə Parsellerden ayrıldılar.
 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.