Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüzün 20 Yanvar ismarıcları

Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Azərbaycan şəhidlərinin xatirə günü haqqinda əhəmiyyətli mesajlar verdi. 

18 Ocak 2014
Özgündüzün 20 Yanvar ismarıcları

20 Yanvar, Azərbaycan tarixinin qanlı bir o qədər də şanlı səhifələrindən biridir . Sovet  Ordusunun  törətdiyi qırğında şəhidlərin qanı , Azərbaycanda müstəqillik atəşini əbədiyyətə qədər yandırmış oldu. Qırğının 24- cü  ilində Azərbaycan şəhidləri üçün Zeynəbiyədə də bir sıra tədbirlər təşkil edilir. 20 Yanvar fəaliyyətləri çərçivəsində Foto sərgisinin yanında şəhidlərin ruhu üçün Quran proqramları və xatırlama mərasimi nəzərdə  tutulur.
 
 Zəhra Ana Dərnəyinin himayəsindəki Azərbaycan İbtidai məktəbinin təşkil etdiyi mərasim, 20 Yanvar  bazar ertəsi günü 19.00 -da İFA İctimai İdman obyektlərində reallaşacaq. Azərbaycanlı şagirdlərin hazırladığı proqramda klip , şeir və çıxışlar da nümayiş ediləcək.
 
Özgündüzün bu əhəmiyyətli gün münasibətiylə nəşr etdiyi mesajda bu ifadələr işlədildi .
 
20 Yanvar şəhidlərini heç bir zaman unutmayacağıq
 
 24 il əvvəl bu günlərdə cavanlarımız , igidlərimiz, Rus tankları altında can verdilər. Onlar , qanlarıyla Xəzər dənizini rəngləyib Azərbaycan xalqının istiqlal mə`şəlini  alovlandırdılar və bizə müstəqil bir Azərbaycan dövləti buraxdılar. Bir Türk dövləti , bir İslam dövləti daha dünya miqyasına  çıxmış oldu.
 
 Biz , millət olaraq , şəhidlərini unudanlardan deyilik. 1400 il əvvəlki şəhidlərimizi  unutmadıq , öz həyatımızda şahid olduğumuz 20 Yanvar şəhidlərini  də heç bir zaman unutmayacağıq.
 
Zəhra Ana Dərnəyinin təşkil etdiyi proqrama qatılaraq şəhidlərimizi  yad edəcək  və torpaqlarımızdan vaz geçmədiğimizi göstərəcəyik.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.