Bir-birinə bənzəyən bir neçə hadisəyə diqqətinizi çəkmək istəyirəm. Birincisi , keçdiyimiz həftələrdə Iqdırdaki müftilik hadisəni . Müfti miyazdı , vali mi yazdırdı , o ayrı bir mövzu , nəticədə ikisinin birlikdə etdiyi bir iş. Şiə haqqında , Şiə üləması haqqında , IqdırlıKürdün haqqında , Türkünhaqqında bir şeylər yazdılar. Yə"ni həm Kürdü pislədi , həm Azərini . O onların nadanlığını , mə`suliyyətsizliyini, əhilsizliyiniortaya qoyar.
Maraqlı bir şəkildə , bir alimimiz Ərzurumda tutuldu. Bu da mediaya salındı. "Cafəri alim , muta etdiyi qadın ilə , müəllim evi -otelində tutuldu. " İndi , Allahdan qorxun , bizimkilərdən bə`ziləri də dərhal bu oyuna gəlib , sazan kimi atlanır. Vay bizim , üzümüzqaraldı. Kimsənin üzünün qaraldığı filan yox. Hər kəs bir özünə baxsın. Kabinetdə nazirlik edən , məclisdə deputatlıqedənlərin ikinci yoldaşları yox mu ? Bu da ikinci əridir , həkimə aparmış , gecə də oteldə qalıblar.Yə`ni ikinci yoldaşıyla !
Bizim fıkhımız baxımından heç bir maneçiliyi, çətinliyi yoxdur. Onun üzərindən Cafəri alimləri xalqın gözündən salma sui-qəsdidir bu. Yoxsa , sənə nə! Sən evli qadın ilə zina etməyəicazə vermisən.Sən nə deyə gedib milləti otel otağında basırsan , onu mətbuatatəqdim edirsən? Hansı haqq ilə , hansı hüquq ilə ? Qanunun qadağan etdiyi bir şeyi edibsə,ki mənim də vəzifəm budur , qadağanı önləmək . Belə ola bilərmi ?
Digər tərəfdən , Gədir - i Xumu Türkiyənin gündəminə gətirən HataydakıEHDAV Vəqfi üzvləriylə birlikdə , bir qisim Ələvilər tutulub içəri atılır. Bir tərəfdən , Adıyamanda Şiə qapılarına vurma işarələri qoyulur. Nə olur bu ölkədə? Nə etməyə çalışırsınız? Cafəri , Şiə seqmentin üzərinə gedərək nə etməyə çalışırsınız ? Ölkəyə nə kimi bir fayda tə`min etməyə çalışırsınız? Milliinkişafımızanə kimi bir fayda təmin etmək , milli birliyimizənə kimi birxeyir vermək niyyətindəsiniz bu hallarınızla?
Bir ölkə ki , hər vilayətində , tabirimi bacılarım , dinləyənlər üzrlü görsün , ümumi -fühuş evlərivar və sən ondan vergi alırsan , belə bir ölkədə , filankəsikinci arvadıyla , oteldə tutulmuş , "Cafəri alim" təbiriylə , bu nə forma bir ifadədir ? "Cafəri alim !" Yəni siz nə zamandan bəri günahkarları məzhəbiylə sadalayırsız? Yaxşı korrupsiya edənləri,rüşvətxorlarıda tutub , mənim dilimdən misal olaraq belə gəlmir , filan məzhəbə mənsub deyin. Bu məmləkətdə on minlərlə insanın qanını axıdana da , filan məzhəbdən deyin .
Nə iş isə , şiə-baş nazir , Ələvi -prezident , Cafəri alim , nə etməyə çalışırsınız ? Bununla bu məzhəbi mi ləkələməyəçalışırsınız? Mal tapmış Məğribi kimi media da hər biri başqa tərəfdən çullanmış , bizim səfehlərdəbir tərəfdən sazan kimi atlayır.
Bu ölkədə cinayət işlənir , o günahkarların məzhəbi heç deyilmir . Bu ölkə yağma kimi yağmalanır , kimlərin yağmaladığı da müəyyəndir , onlar məzhəbi ilə deyilmir. O , ikinci xanımını həkimə aparmış , gecə də oteldə yatmış , " Vay Cafəri alim nə etdi !"
Hələ bir parlamentinizəbaxın , hələ bir deputatlarınızabaxın , hamısı tək yoldaşlı ola bilərmi ? Gedin onları da tutub , filan məzhəbin vəkili , naziri deyin . Allahdan qorxun , ayıbdır ayıb! Dövlət belə işləməz.
Mən o alim dostumada , Iğdır Əhlibeyt alimlərinə də , Cabir alimlərinə də deyirəm , bunun hüquqi zəminini araşdırsınlar. Bu cür şeylərlə mənim məzhəbi qaralamağaheçkimin haqqı yoxdur. O alim yoldaşımız da , özlüyündə özü bu işin arxasını buraxmasın.Qaraqığırıqedib , qanunu buraxıb , bəzilərinin əmrinəgörə gedib orada bir alimimi tutacaq xanımı ilə , əxlaqsız bir iş tutmuş kimi mətbuata verəcək.
Əxlaqsızlığı siz edirsiniz , ədəbsizliyisiz edirsiniz . Bu etdikləri qeyri qanunidir ,tərbiyəsizlikdir. Onların haqqında cinayət e`lanını mən buradan edirəm , alimlərimiz də , o alimimizin özü də özlüyündə hüquqi yoldan tə`qib etməli . Arxasını buraxmamalıdırlar. Allah ölkəmizi idarə edənlərəağıl - izan versin , ölkəmizi vətənimizi- dövlət xainlərinin , nadanlarınəlinə buraxmasın , düşmən işğalına mə`ruz , birlik və dirliğimizi pozmasın , bizi dövlətsiz - ölkəsi buraxmasın , vəssalam ...
07 Aralık 2013