Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Əli Əsgərlər Zeynəbiyədə görüşdüler (Foto)

Hz. Əli Əsgərin yolunda , İmam -ı Zamana ( af ) həsr olunan minlərlə körpə - ana Zəhra Ana Dərnəyinin təşkilatıyla Zeynəbiyədə görüşdü. 

08 Kasım 2013
Əli Əsgərlər Zeynəbiyədə görüşdüler (Foto)

8 Noyabr Cümə günü Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüzün başçılığında qılınan cümə namazının ardından bütün dünyayla birlikdə təşkil edilən Hz. Əli Əsgər günündə , Əli Əsgərlərini İmam -ı Zamana ( af )həsr edən və Hz. Rubaba baş sağlığı verən minlərlə ana Hz. Rubab ilə həmdərd oldu.

Həzrəti Məhəmmədin (sa a) ciğərparəsi , əti ətim, qanı qanım buyurduğu , cənnət gənclərinin ağası, nəvəsi İmam Hüseyn və 71 yarəninin Kərbəla çölündə şəhid edilişlərinin 1374-cü ilində ənənəvi hala gələn Əli Əsgər günü Halkalıda təşkil olundu.

Dünya Cafəri Alimlər Birliyi üzvlərindən Ş. Kamal Otayın Qur`an-i Kərim tilavətiylə başlayan mərasimdə "Su yerinə qan içən Əsgər " klipiylə iştirakçılar gözyaşlarına qərq oldu. Mərasimdə danışan Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Hz. Rubab ilə həmdəm olmağa gələn iştirakçıları salamladı.

Özgündüzün ardından mərasim sahəsini dolduran minlərlə adam Zeynəbiyə Əli Əsgər dəstəsinin sinəzənlərınə yoldaşlıq etdi ; Azərbaycanlı Əhli Beyt mərsiyəxanı Seyid Taleh Boradigahi mersiyələriylə gözyaşları sel oldu.

Körpələrin "Ya Sahib-ez Zaman" anaların isə " Ya Rubab " yazılı alın lentləri daşıdığı bu mə`nalı mərasim Zeynəbiyə Məscidi İmamı Ş. Həmid Turanın duaları  ilə sona çatdı.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.