8 Noyabr Cümə günü Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüzün başçılığında qılınan cümə namazının ardından bütün dünyayla birlikdə təşkil edilən Hz. Əli Əsgər günündə , Əli Əsgərlərini İmam -ı Zamana ( af )həsr edən və Hz. Rubaba baş sağlığı verən minlərlə ana Hz. Rubab ilə həmdərd oldu.
Həzrəti Məhəmmədin (sa a) ciğərparəsi , əti ətim, qanı qanım buyurduğu , cənnət gənclərinin ağası, nəvəsi İmam Hüseyn və 71 yarəninin Kərbəla çölündə şəhid edilişlərinin 1374-cü ilində ənənəvi hala gələn Əli Əsgər günü Halkalıda təşkil olundu.
Dünya Cafəri Alimlər Birliyi üzvlərindən Ş. Kamal Otayın Qur`an-i Kərim tilavətiylə başlayan mərasimdə "Su yerinə qan içən Əsgər " klipiylə iştirakçılar gözyaşlarına qərq oldu. Mərasimdə danışan Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Hz. Rubab ilə həmdəm olmağa gələn iştirakçıları salamladı.
Özgündüzün ardından mərasim sahəsini dolduran minlərlə adam Zeynəbiyə Əli Əsgər dəstəsinin sinəzənlərınə yoldaşlıq etdi ; Azərbaycanlı Əhli Beyt mərsiyəxanı Seyid Taleh Boradigahi mersiyələriylə gözyaşları sel oldu.
Körpələrin "Ya Sahib-ez Zaman" anaların isə " Ya Rubab " yazılı alın lentləri daşıdığı bu mə`nalı mərasim Zeynəbiyə Məscidi İmamı Ş. Həmid Turanın duaları ilə sona çatdı.









Karabağ ve Türkiye Uçak Kazası Şehitlerine Terhim ve Taziye Programı
Hz. Fatıma (s.a) Arnavutköy’de Anıldı
Hz. Zeyneb'in (s.a) Viladeti Coşkuyla Kutlandı
Zeynebiye Camii Ve Kültür Merkezi Görkemli Bir Törenle Hizmete Açıldı!
