Hüseynin tam mə`nada əsl əleyhdarı Yeziddir.
Yezid -pisliyi, yalanı,fırıldaqçılığı, kirlənmişliği , iyrəncliyi , zülmü, despotizmi , nakəsliği və namərtliği təmsil edir.
Yezid - qanun - qayda bilməz , haqq - hüquq tanımaz, əyyaş və sərxoş biri idi.
Yezid - xainlik , hiyləgərlik , ikiüzlülük , avaralıq və həyasızlıq kimi xüsusiyyətləri keçmişlərindən miras almışdı. Hətta tarixçilər belə deyirlər:
" Yezid , atası kimi daş ürəkli və qəddar biri idi , amma onun kimi hiyləgər deyildi. Buna görə , mərhəmətsiz və xain tətbiqlərinə yumşaq diplomatik örtüklər uydurmaqda bir mahir deyildi. Alçaq xarakteri və səviyyəsiz əxlaqı, onda şəfqət, ədalət , sədaqət və digər insani - İslami ərdəmlərdən əsər buraxmamışdı . "
O dövrün tarixini qurcalayıb İmam Hüseyn ( ə.s) və Yezidi tanıyanlar ; Hüseynin, onun üçün zikrettiklerimizden daha uca olduğunda və Yezid üçün söylədiklərimiz də ( hissiyatımızın ifadəsi olmayıb ) Yezidin bu izah edilənlərdən çox daha alçaq biri olduğunda həmfikirdirlər.
Yezid , yalnız peyğəmbər ailəsinə zulmetmekle qalmamış , Peyğəmbərin məscid və məzarını, səhabələrinin qanıyla qırmızıya boyamış , ismətləri də daxil , Peyğəmbər səhabələrinin hər şeyini əsgərlərinə mübah etmişdi. Bununla da qalmayıb Allahın beyti , Müsəlmanların qibləsi Kə"bəni mancanaqla daş yağışına tutub atəşə vermişdi.
Və Yezid ; ürəyi Rəsulullaha (sa a ) istiqamətli kin və nifrət ilə dolu olan biri idi. Bədirdə öldürülən müşrik babalarından ötəri bu kini bəsləyirdi. Peyğəmbərin tərtəmiz Əhli Beytini qılıncdan keçirdikdən sonra Peyğəmbərdən intiqam aldığı üçün xoşbəxt və sevincli idi. Taxtına qurulmuş , müşrik atalarının hazır olub intikamlarının necə alındığını görmələrini arzulayırdı və həyasızca şərabını qurtumlayarkən Abdullah b. əz- Zebardan şərh etdiyi şe`r çirkab kimi ağızından tökülürdü :
Kaş ki Bedir'deki böyüklərim olsaydılar da görseydilər
Həzrəcin , ox və mızraxların tə`sirindən necə inlədiğini
Bağırardılar və sevincdən gözyaşı tökərdilər
Sonra deyərdilər ki : Yezid ! Elin dərd görməsin.
Onların irəli gələnlərindən ulularını öldürdük
Bədrin qarşılığı olaraq , beləcə tarazlıq təmin edildi
Haşimoğulları mülk ilə oynadılar.
( Yoxsa Haşimi Məhəmmədə Allahdan ) Nə bir xəbər gəlmiş, nə də vəhy enmişdir
Handefdən olmayım ( soysuz olum ), əgər intiqam almazsam
Etdiklərindən ötəri Əhmədin ( Məhəmmədin ) soyundan .
İndi, görəsən, bu sözləri söyləyən biri Müsəlman ola bilərmi?
Yezid Necə Hökmdar Oldu?
Pislik timsalı belə bir zalım - həm də Peyğəmbər (sa a) səhabələrinin yaşadığı bir çağda - necə oldu da Müsəlmanların başına hökmdar olaraq müsəllət oldu? Bu sualın cavabını belə yekunlaşdıra bilərik:
Yezidin atası Müaviyə , ikinci xəlifə tərəfindən Şam qubernatorluğuna təyin edildi. Gün keçdikcə güclənən Müaviyə , öz qəbiləsindən üçüncü xəlifə Osman dövründə, gücünə güc qataraq öz başına bir dövlət halına gəlmişdi.
Bu cür qubernatorların zalımca işləri və sui-istifadələrinə görə üçüncü xəlifə öldürüldü. Hz. Əli ( ə.s ) zorla xilafətə gətirildi.
Hz. Əli ( ə.s), hökumət proqramının bir bəndində haqsız qazanc , sui-istifadə və cəmiyyətə aid daşınan və qeyri - daşınan malları qanunsuz yollardan ələ keçirənlər, bu malları xəzinəyə / Beytül mala geri verməkdə dəqqətli və qərarlı olduğunu bu cümlələrlə ifadə edirdi:
"Allaha and içirəm ki bu mallarla evlənmə və ya qulluqçu almaq üçün istifadə edildiyini belə təsbit etdiyim an Beytül Mal xəzinəsinə geri aparacağam . ( Bu ədalətli bölüşmədən kimsə narahat olmasın ) Şübhəsiz ədalətdə hər kəs üçün genişlik, rahatlıq vardır. Ədalətdən narazı olan kimsə, özünə ediləcək mövqenin ( haqsızlığın ) daha zərərli olduğunu unutmamalıdır. ( Ədalət bir gün ona da lazım olar.) "
Hz. Əli, ədalətin ancaq ədalətli kadrlarla bərqərar olacağına inanırdı. Bunun üçün, çirklənmiş heyətləri təmizlik edib yerinə tərtəmiz kadrlarla ölkəni idarə etməyə əhəmiyyət verirdi .
Zamanın siyasətçiləri, bir müddət bu kadrlarla davam etməsini, xüsusilə Müaviyəyə toxunmamasını , təmizlik əməliyyatını zamana yaymasını İmam Əliyə tövsiyə edirdilər.
Halbuki İmam Əli, siyasi oyunlarla iqtidarını uzatmaqdansa , iqtidarı təhlükəyə atma bahasına primitiv və həyatı bahasına belə ədalətli qalmağı seçim edirdi və bunlardan əsla güzəşt etməzdi, qərarlı idi.
Hökumət proqramı elə, rəhbərlik anlayışı da belə olunca, dövlət imkanlarından sərvət toplamaya alışmış güc mərkəzləri ədalət və bərabərliyi əsas alan bu anlayışdan narahat oldular. İmam Əliyə özlərinə əvvəlki hökumətlər dövründə tanınan imtiyazların davam etməsi mövzusunda təzyiq göstərməyə başladılar. Əli ədalət , bərabərlik və azadlığı əsas alan İslami rəhbərlik formasından güzəşt etməyincə ; biatlarını pozub İmam Əliyə qarşı döyüş başlatdılar. Döyüşlər bir-birini izlədi. Ən sonunda Ramazan ayının 19. gününün səhər namazında onu öldürməyə gələn Əbdürrəhman b. Mülcem adındakı terroristi görməsinə baxmayaraq , daha cinayət işləməmiş birinin azadlığını, namazı bitirənə qədər olsun məhdudlaşdırmağı İslami hüquq anlayışına sığdıramadı və çox təəssüf ki, ali hüquq və ədalət anlayışının qurbanı oldu. Başına aldığı qılınc yarası nəticəsində ancaq üç gün yaşaya bildi.
Özünə nə yedirsələr qatilinə də onu yedirmələrini , ona işgəncə etməmələrini , bu cinayətdən ötəri azğınlıq etməmələrini və ədalətdən uzaqlaşmamalarını vəsiyyət etdi və elə də oldu.
Hz. Əlidən sonra xalq Hz. Həsənə beyət etdi. Bu vaxt mənfəətçi güc mərkəzləri Müaviyə ətrafında birləşmiş, mərkəzi hökumətə qarşı döyüşə davam edirdilər.
Bir tərəfdən öz əsgərlərində gördüyü döyüşə qarşı istəksizlik, bir tərəfdən daxili qarışıqlığı fürsət bilib hücuma keçərək İslam dövlətini kökdən yox etməyi məqsəd qoyan xarici təhdid və digər tərəfdən gözünü iqtidar ehtirası bürümüş Müaviyənin əməlləri ; ən böyük qayğısı İslam dövlətinin davamlılığı olan İmam Həsəni sülhə məcbur etmişdı.
İqtidar uğruna İslamın kökdən yox olmasına gəlbi razı olmazdı. İmamət mə`suliyyəti də buna icazə verməzdi. Bunun üçün bir qisimini aşağıda Zikr edəcəyimiz şərtlərlə iqtidarı Müaviyəyə buraxaraq vətəndaş müharibəsinə son verdi. Sülh xülasəylə bu şərtlərə bağlanmışdı :
Müaviyə, bütün İslam dünyasına hökumət edərkən Allahın Kitabı və Peyğəmbərin sünnətinə uyğun əməl edəcək , keçmişin düşmənliyi gələcəyə əks etməyəcək , Peyğəmbər xanədanına qarşı gizlidə və açıqda hiyləyə başvurmayacak , Əliyə söymək və söydürməkdən imtina edəcək, kimsəyə pislik etməyəcək və yerinə vəliəhd təyin etməyəcəkdi .
Müaviyə bu şərtlərə uyğun gələcəyini Allaha söz verirdi . Amma çox təəssüf ki, özünün də imzaladığı bu şərtlərin heç birinə Müaviyə sadiq qalmadı. Fəaliyyətində nə kitaba və sünnətə , nə düşmənliyə son verdi , nə Əliyə söyüb söydürməkdən , nə də Əhli - Beytə qarşı hiylə və intriqadan imtina etdi. Əksinə irqçi, despot , bir zülm və intriqa nizamı qurub , İmam Həsəni zəhərlədərək şəhid etdi. Özündən daha alçaq, əyyaş və sərxoş olan oğulu Yezidi vəliəhd təyin etdi. Daha özü həyatda ikən, Yezid üçün digərlərindən çıxar qarşılığı, digərlərindən təhdidlə beyət aldı . Beləcə öz sağlığında oğulu Yezidi İslam və Müsəlmanların başına müsəllət etdi.
Yezidin Etdikləri
Yezid , üç illik məşum hökumətindəki üç qorxunc cinayət işlədi :
Yezid, iqtidarının ilk məşum işi olaraq başda İmam Hüseyn olmaq üzrə Peyğəmbər xanədanının kişilərini sadiq yarənləri ilə birlikdə günlərlə mühasirə altında ac-susuz buraxıb sonra da ox, mizraq və qılıncla qətl etmiş , Peyğəmbər qız və gəlinlərini kəsik başlar ilə birlikdə şəhər şəhər gəzdirib xalqa nümayiş etmişdir .
İkinci murdar işi Peyğəmbərin Mədinəsində zəbt edib Peyğəmbərin məscid və məzarını səhabələrinin qanıyla boyamış və onların namusları da daxil hər şeylərini əsgərlərinə mübah etmişdir. Tarixə Harre faciəsi olaraq keçən bu hadisədə on mini aşan səhabə qılıncdan keçirilmiş, minlərlə qız və qadının namusu taptalanmıştır.
Üçüncü və son murdar işi isə Məkkə və Kə`bəni mancanaqlarla yandırıb yıxmaq olmuşdur və daha ordusu Məscidi Haramda Müsəlman qanı axıtmaqla məşğul ikən Yezidin yatağında kömürleşerek öldüyü xəbəri gəlmişdi.
07 Kasım 2013