Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüz: Iğdır Valisi de Sorğulanmalı

Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüz, Iğdır'daki hesabat skandalında bütün işin müftünün üzərinə yıxılmasını tənqid edərək "Bütün iş müftünün üzərinə yıxıldı da, yaxşı Iğdır Valimizin belə bir hesabat altına imza atması mənalı deyilmi?" dedi. 

26 Ekim 2013
Özgündüz: Iğdır Valisi de Sorğulanmalı

25 Oktyabr Cümə günü Halkalı Zeynəbiyyə məscidindəki cümə xütbəsində minlərlə adama səslənən Özgündüz, Iğdır Müftüsü'nün Cafərilər haqqında hazırladığı hesabata bağlı mövzunu təhlil etdi . Diyanət İşləri Başçısı Prof. Dr. Mehmet Görmezin şərhini yaxşı,amma passiv bir addım olaraq xarakterizə edən Özgündüz, bunları söylədi: "Hörmətli Diyanət İşləri başçımız Iğdır Müftisi ilə əlaqədar istintaq başlatmış və müfəttiş göndərmişdir. Bu, yaxşı, amma passiv bir addımdır. Çünki müfti onsuz da özü " Dedim ama , yalnız müəyyən hissələrinə deyirsiniz " deyərək e`tiraf etmişdir. Təbii ki, biz bizi maraqlandıran qisimləri söyləyəcəyik; başqa nə deyək ? Məncə işi uzatmağa ehtiyac yox idi , əvvəlcə müftünün vəzifəsindən çəkilməsi lazım idi. Sonrasında ittiham olunur idimi, dindirilir idimi, nə ediləcəksə edilərdi. "

Sözlərinin davamında Iğdır'daki hesabat skandalında bütün işin mütfünün üzərinə yıxılmasını tənqid edərək, Iğdır valisi Əhməd Pek'in də sorğulanması lazım olduğunu vurğulayan Özgündüz , "Bütün iş müftünün üzərinə yıxıldı da , yaxşı Iğdır Valimizin belə bir hesabat altına imza atması mənalı deyilmi ? Oranın mülki başçısı olaraq belə bir hesabat önünə gəldiyində, qaldırıb yazanın üzünə çırpacağı yerdə,nə səbəbə atdı belə bir imzanı ? Sən bir şəhərin hamısını qövmü (Kürd ) və ya məzhəbiylə ( şiə) günahlandırırsan. Nə etməyə çalışırsan? Bu ölkədə hər kəs birinci sinif vatandaştır və hər kəs bərabərdir. Əgər vətəndaşlar arasında üst - alt əlaqəsi olacaqsa bu günahlandırdıqları sənin üstün olacaq, çünki ən azından doqmatik deyildirlər. Buna görə Hörmətli Valimizin də belə bir hesabata imza atdığı üçün bir təftişdən keçməsi, sorğulanması lazımdır. İşi yalnız müfti ilə ötürmək doğru rəftar deyil. " dedi

Hökumət səlahiyyətlilərinin "Bizim vətəndaşlarımızın hamısı başımızdır, gözümüzdür" tərzi ifadələrinə də dəqiq cavab verən Özgündüz "Göz baş olmasın, bərabər vətəndaş olsun. Biz kimsənin gözü başı olmaq istəmirik. Səninlə də hər kəslə də bərabər vətəndaş. Cici sözləri praktikada, tətbiqdə görmək istəyirik. Sözlərdə səmimi isəniz, al oradakı  vali və müftüyü görək səmimiyətinizi. Bunlar kimdən cəsarət alır? Bir başqaları bəzi seqmentlərə toxunduğunda anında vəzifədən alınmaq bir yana  həbsə tıxılır. Niyə bunlar hələ vəzifədə? "dedi.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.