Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüz:?Bu ölkədə analar ağlamasın?

Halkalı Zeynəbiyə məscidində qılınan cümə namazında minlərlə insana səslənən Türkiyə Caferiləri lideri Səlahəddin Özgündüz,müxtəlif mövzularda fikirlərini bildirdi. 

13 Ekim 2013
Özgündüz:?Bu ölkədə analar ağlamasın?

TRT Türkdəki bir verilişdə,Əhli-beyt haqqında”Əhli-beyt Peyğəmbərin bütün ev sakiləridir,bunun əksini söyləyən cahildir.”kimi sözlər söyləyən bir professorun,anlayış dağınıqlığı yaratmağa çalışdığını söyləyən Özgündüz,”Vəhyin olduğu yerdə,mütəvatir hədisin olduğu yerdə,öz fikirlərinizi bildirmə haqqınız yoxdur.Qəti nəqil varsa,yə”ni Allah və Peyğəmbər sözü varsa ortada,sənin vəzifən,ona təslim olmaqdır,özün şərh etməməlisən.

Peyğəmbərimiz “Mənim Əhli-beytim bunlardır.”demişdir,həyat yoldaşları da daxil olmaq istəmiş,amma Peyğəmbərimiz buna icazə verməmişdir.Heç kəs Peyğəmbərimizin sözünün üstünə söz söyəyə bilməz.Peyğəmbərimizlə bir dərdinmi var?Onun söyləmədiyi,izin vermədiyi və sərhədlərini müəyyən etdiyi bir mövzuya sən şərh istehsal edə bilməzsən.Qaldı ki,madam elə deyirsən,onda bir dənə rəvayət gətir,həyat yoldaşlarından,qaynatasından,qaynanasından:-“Biz də Əhli-beytdənik” deyən bir dənə hədis gətir.

Əhli-beyt,xalq arasında sənin işlətdiyin bir kəlimə deyildir,bu dini gətirən hansı kəliməyi,nə mə”nada işlətmişsə,sən də elə qə”bul edəcəksən.Bunun xaricində hərəkət edə bilməzsən.”dedi.

 Dövlətimiz çox diqqətli olmalıdır.

Allah İslam aləmini idarə edənlərə ağıl,şüur,iman,vicdan,izan nəsib etsin.6-7 il əvvəl bu regiyonda imperiyalistlərin nə etməyə çalışdıqlarını televiziya vasitəsi ilə anlatmışdım.Onlar bu planlarını tətbıq etməyə başladılar,biz də səhv yolda gedirsiniz dedik.Müsəlmanlar siz etməyin,imperiyalistlər edirlər,onlar öz müvqelərindən doğru olanı edirlər.Onların yerində mən də olsam,onların etdiyini edərdim.Amma onların yerində deyilsiniz,siz müsəlmanların yerindəsiniz,səhv etməyin.

Nəticə,bu gün baxdığımız nöqtədə,başlarına qaxmıram,dediyimiz nöqtəyə gəldiniz.Kor ilə yatan, çəpgöz qalxar.İndi də başın terror ilə bəladadır.

İndi isə təmizlə düyünün daşını,Allah,ölkəmizi bax, onların bəlasından qorusun.Gözü dönmüş canavarlar,on minlərcəsi,bu ölkənin müxtəlif yerlərində düşərgələrə girdilər,şəhərdə bazarda artıq onların əlindən dolaşmaq olmur.

Sabah çirkin əməllərini,bu millətin üzərinə çevirdiklərində,bu ölkədə analar ağlayacaq.Allah uzaq etsin.Ümitvaram hökumətimiz bu nöqtədə doğru olanı edər,kəşfiyyatımız,güvənlik idarələrimiz hər birilərini çox yaxşı nəzarət altinda tutar.

Güvənilən,sağlam və dayimi mə”lumat ilə onlara nəzarət edər.Bunu etməsələr,onların axıtdığı hər qandan,bu gün rəhbərlik mə”sul olacaq.

Bu nöqtədə də hökumətimiz,güvənlik idarələrimiz çox diqqətli olmalıdır.Aman ha, ölkəmizdə artıq qan axmasın.Elin pozğunu,ədəbsizi gəlib bu əziz millətin əminamanlığını pozmasın.

Bizim istədiyimiz tək şey müsəlman ölkələrin birlikdə,öz içərilərindəki problemləri,özlərinin həll etməsidir.İmperiyalistlərin təzyiqi ilə bizim problemlər həll olmaz,ancaq problem çıxar.Bir problemimiz,min olar.Nümunələr ortada.Onlar bizim problemlərimizi həll etmək üçün deyil,bizə problem yaratmaq üçündür.

Düşmən bunu edər,o doğru edir.Sən ağıllı ol, tələyə düşmə.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.