Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Özgündüz: Türkiyənin ABŞ-dan da irəli keçməsini başa düşə bilmirəm

Türkiyə Cəfərilərin lideri Səlahəddin Özgündüz Halkalıda son cümə namazında bölgədə yaşananlarla bağlı bir sıra mühüm fikirlər səslənidirib.  

03 Nisan 2012
Özgündüz: Türkiyənin ABŞ-dan da irəli keçməsini başa düşə bilmirəm

Ərəb Liqasının  Bağdad yığıncağı və baş nazir Ərdoğanın İran səfərini qiymətləndirən S.Özgündüz, Ərəb Liqasının Bağdadda təşkil etdiyi yığıncağın İraq üçün böyük bir müvəffəqiyyət olduğunu söyləyib. Türkiyənin Suriya mövzusunda ofsayda düşdüyünü bildirən Özgündüz, daha sonra bunları deyib: "Baş nazirimiz siyasi və iqtisadi olaraq yüksək səviyyədə bir heyətlə İran İslam Respublikasına səfər etdilər, bir çox mövzuda razılaşdılar. Bir-iki mövzuda da fikir ayrılıqları davam edir. Hər iki ölkənin Suriyadakı fikir ayrılıqları davam edir, onsuz da birləşməsi də mümkün deyil. Ancaq bu görüşün iki tərəfin də etidal sərhədinə girməsinə vəsilə olmasını diləyirəm". (Zeynebiye.com)

Baş nazir Ərdoğanın İran səfərini də qiymətləndirərək iki ölkənin bir çox mövzuda razılaşdığını, ancaq Suriya mövzusunda daban-dabana zidd görüş ayrılığı içində olduğunu ifadə edib, buna baxmayaraq orta yolda etidal içində hərəkət edilməsini arzu etdiklərini söyləyib. S.Özgündüz bu haqda deyib: "Suriya mövzusunda Türkiyə və İran ən uc nöqtədə zidd görüşlərə malikdir. İran tərəfi edə bildiyi və sona qədər Suriya rəhbərliyini dəstəkləyir, Türkiyə isə edə bildiyi və sona qədər, amma hər kəsdən qabaqda Suriya rəhbərliyini devirməyə çalışan və Suriya xalqı deyərək əlisilahlı təşkilatların yanında dayanır. Bu nöqtədə hər iki ölkənin orta yolda görüşməsi asan görünmür, ancaq hər şeyə baxmayaraq iki tərəfin də heç olmasa məqbul sərhədlərə enmələri və iki ölkənin xalqlarının xeyirinə qərar verib icra edilməsi xahişimizdir. Suriya mövzusundakı yaşanan ixtilaflar mövzusunda kim haqlı, kim haqsızdır, onların arasında hakim də mən deyiləm. Bizim yeganə arzumuz hər kəsin etidal içində hərəkət etməsidir. Bu mövzuda ən ucda hərəkət etməyi və Amerikadan da belə daha irəli keçməyi anlamaqda çətinlik çəkirik".

(Deyerler.org)

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.